Birləşmiş Ştatlar təkidlə Çin Kommunist Partiyasının uyğurlar və Sincandakı digər azlıq müsəlman qrupların üzvlərinə qarşı yolverilməz insan haqları pozuntularına diqqət çəkir. Dövlət katibi Mayk Pompeo Çin Xalq Respublikasının orada etdiklərini, yəni bir milyondan çox insanı təcrid düşərgələrinə yollamaq, davamlı nəzarət, qəddar demoqrafiya siyasəti və məcburi əmək kimi əməllərini “əsrin ləkəsi” adlandırıb.
Dövlət Departamenti son bir ildə Çin Kommunist Partiyasının bir neçə rəsmisinə Sincandakı insan haqları pozuntuları səbəbilə sanksiya tətbiq edib. Bu rəsmilərə Politbüro üzvü Çen Quanquo, Kommunist Partiyasının region üzrə katibi, Sincanın Siyasi və Hüquqi Komitəsinin partiya katibi Ju Hailun və Sincan İctimai Təhlükəsizlik Bürosunun partiya katibi Vanq Minqşan daxildir.
Bundan əlavə Ticarət Departamenti 48 Çin qurumuna, o cümlədən regional hökümət idarələri, yerli polis idarəsi və Sincanda Çin Kommunist Partiyasının repressiya kampniyasında əli olan təhlükəsizlik texnologiyası şirkətlərinə ixrac məhdudiyyətləri tətbiq edib.
ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi Xidməti də fəal olub və məcburi əməkdən istifadə olunaraq istehsal olunan malların Birləşmiş Ştatlara daxil olmasının qarşısını almaq məqsədilə 2019-cu ilin sentyabr ayından bəri Sincan regionundan müxtəlif məhsullara səkkiz qadağa tətbiq edib. Bu qadağaya əsasən Birləşmiş Ştatların giriş limanlarındakı Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin işçiləri bu malları sərhəddən buraxmamalıdırlar.
Gömrük və Sərhəd Mühafizəsi Xidməti sentyabrın 4-də Sincanda məcburi əməklə istehsal olunan pambıq, geyim, texnologiya və saç məhsullarını istehsal edən şirkətləri hədəf alan dörd qadağa tətbiq edib. Bir qadağa isə “Sincanda məcburi əmək düşərgələrindən gələn bütün məhsulları hədəf alıb.
Daxili Təhlükəsizlik Departamenti bu addımla qeyri-qanuni və qeyri-insani məcburi əməyə qarşı mübarizə aparır. Bu cür məcburi əmək Çin hökümətinin daha sonra Birləşmiş Ştatlara idxal etməyə çalışdığı məhsulları istehsal etmək üçün istidadə olunan müasir quldarlıq növüdür,” Daxili Təhlükəsizlik Departamentinin katibinin müavin vəzifəsini müvəqqəti icra edən Ken Kuçinelli deyib.
Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin müvəqqəti komissarı Mark Morqan bildirib ki, “Bu qadağalar beynəlxalq ictimaiyyətə bizim ABŞ-ın təchizat zəncirində qanunsuz, qeyri-insani və istismarçı məcburi əməyə yerin olmadığına dair açıq mesaj göndərir.”
Dövlət katibi Pomeop həmçinin deyib ki, Çin Xalq Respublikası bu mesajı da eşitməlidir: dövlətin dəstəklədiyi məcburi əmək praktikasına son qoymaq və bütün insanların insan haqlarına hörmək etmək vaxtıdır.”