Accessibility links

Breaking News

ABŞ Ümundünya Səhiyyə Təşkilatına yenidən qoşulur


Prezident Co Bayden sabiq Prezident Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatından çıxmaq qərarını ləğv edən məktub imzalayıb.

Birləşmiş Ştatlar Ümumdünya Səhiyyə Təşkilatında qalır. Prezident Co Bayden vəzifəsinin icrasına başlayandan qısa müddət sonra sabiq Prezident Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq qərarını ləğv edən məktub imzalayıb.

Vitse-prezident Kamala Harris Birləşmiş Ştatların ÜST-dan geri çəkilməkdən vaz keçmək, maddi öhdəliklərini yerinə yetirmək və ÜST-nı gücləndirib, islah etmək üçün konstruktiv partnyor olaraq işləmək qərarını müzakirə etmək üçün Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Dr. Tedros Adhanom-Ghebreyesus ilə telefonda danışıb.

Vitse-Prezident Harris onun və Prezident Baydenin ÜST-nın COVID-19-a nəzarət etmək və daha yaxşı qlobal sağlamlığı və pandemiyaya hazırlığı artırmaq üçün zəruri olduğuna inandığını vurğulayıb.

Dr. Antoni Fauçi Birləşmiş Ştatların ÜST-nın 148-cı İcraçı Şurasına nümayəndə heyətinin yeni başçısı elan olunub. Ümumdünya Səhiyyə Təşkilatının İcraçı Şurasının iclasında çıxış edən Dr. Fauçi deyib ki, “Mən həmkarlarıma qoşularaq Ümumdünya Səhiyyə Təşkilatına bu pandemiyaya qarşı qlobal ictimai sağlamlıq mübarizəsində aparıcı roluna görə təşəkkür edirəm.”

“Bayden administrasiyası həmçinin qlobal sağlamlığı irəlilətmək, qlobal sağlamlıq təhlükəsizliyini və Qlobal Səhiyyə Təhlükəsizliyi Gündəmini dəstəkləmək və bütün insanlar üçün daha sağlam gələcək qurmaqla tam məşğul olmaq niyyətindədir,” o deyib.

Dr. Fauçi Bayden administrasiyasının COVAX -a qoşulmaq və COVID-19 vaksininin terapevtik və diaqnostik paylanması, habelə dünya boyu inkişafı üzərində çoxtərəfli səyləri artırmaq üçün ACT-Accelerator-u dəstəkləmək planını açıqlayıb. COVAX-ın məqsədi COVID-19 vaksinlərinin inkişaf və istehsalını sürətləndirmək və dünya boyu hər kəsin vaksinə ədalətli və bərabər çıxışını təmin etməkdir.

“Bu, ÜST və qlobal sağlamlıq üçün gözəl bir gündür.” ÜST-nın baş direktoru Ghebreyesus bildirib. O, Twitter-də əlavə edib ki, “ÜST ölkələr ailəsidir və biz hamımız Birləşmiş Ştatların ailədə qalmasına şadıq. ”

XS
SM
MD
LG