Accessibility links

Breaking News

ABŞ-ın Qərbi Balkan siyasəti


Birləşmiş Ştatlar Qərbi Balkan ölkələrini Avropaya inteqrasiya və Avropa və Avro-Atlantik qurumlara üzvlük yolunda dəstəkləmək qətiyyətndədir. “Biz Qərbi Balkan ölkələri və avropalı tərəfdarlarımızla idarəçiliyi, qanun aliliyini və anti-korrupsiya ishatlarını irəlilətmək, habelə müstəqil media və canlı vətəndaş cəmiyyətlərinin inkişafı yolunda əməkdaşlıq edirik,” Dövlət katibib sözçüsü Ned Prays bəyanatda bildirib. Bu, uzun zamandır mövcud olan tam, azad və sülh içində Avropa məqsədini irəlilətəcək.

Birləşmiş Ştatlar Qərbi Balkan ölkələrinə regional iqtisadi əməkdaşlıqlarını gücləndirməyə, iqlim məqsədlərinə çatmağa, diversifikasiya və təmiz enerji inkişaf etdirməklə Rusiyadan enerji asılılığına və mütəşəkkil cinayətə qarşı mübarizə aparmağa yardım etməyə sadiqdir. “Biz həmçinin regiona inkişaf edib, çiçəklənməsinə, eyni zamanda isə strateji infrastruktur və sənayeləri Çinin bədniyyətli əməllərinə qarşı qorumasına yardım etmək istəyirik,” sözvü Prays deyib.

Regionla güclü iqtisadi əlaqələrindən əlavə Birləşmiş Ştatlar müdafiə və təhlükəsizlik sahələrində, o cümlədən yeni NATO müttəfiqləri Monteneqro və Şimali Makedoniya ilə əməkdaşlığa dəyər verir.

“Biz Albaniya və Şimali Makedoniyanın mühüm islahatlar sahəsində əldə etdikləri irəliləyişləri alqışlayırıq və hər iki ölkə ilə iyunda Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başladılmasını dəstəkləməyə davam edirik,” cənab Prays bildirib.

Birləşmiş Ştatlar Kosovo ilə Serbiya arasında, qarşılıqlı tanımaya əsaslanan, davamlı əməkdaşlıq və firavanlığın əsasını qoyan hərtərəfli, məcburi normallaşdırma razılığına doğru aparılan işləri dəstəkləməyə hazırdır. “Biz Avropa İttifaqının vasitəçiliyi ilə dialoqu dəstəkləyirik və tərəfləri həm texniki həm də siyasi məsələləri həll etmək üçün təcili olaraq bu prosesə yenidən qoşulmağa çağırırıq,” sözçü Prays söyləyib.

Birləşmiş Ştatlar beynəlxalq ictimaiyyətlə birlikdə Bosniya və Herseqovinanın inkişaf etməsinə və Aİ-na namizəd statusunu qoruyub saxlamasına imkan yaradacaq islahatları həyata keçirməsinə yardım etməyə çalışır. 25 il öncə Deyton sazişi altında yaradılan Ali Nümayəndəlik regionda sülh və sabitliyə böyük töhfə verib.

Sözçü Prays xəbərdarlıq edib ki, bu yaxınlarda Balkanlarda sərhədlərin etnik mənsubiyyətlərə əsasən dəyişdirilməsinə dair əsassız spekulyasiyalar regionda qeyri-sabitlik yaratmaq riski daşıyır və keçmiş gərginliklərlə bağlı xatirələri oyadır. “Qərbi Balkanlar üçün sabit, çiçəklənən bir gələcək yaxşı idarəçilik, qanunun aliliyi, multi-etnik demokratiya və insan haqları və fundamental azadlıqlara hörmətə əsaslanmalıdır.”

XS
SM
MD
LG