Accessibility links

Breaking News

ABŞ Əfqanıstan və İraqda qoşunlarının sayını azaldır


Müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller noyabrın 17-də ABŞ-ın həm Əfqanıstanda, həm də İraqdakı hərbi qüvvələrinin sayını azaldacağını bəyan edib.

2021-ci ilin yanvar ayının 15-dək hər bir ölkədə 2500 ABŞ əsgəri olacaq.

“Bu, müəyyən edilmiş planlarımıza və strateji hədəflərimizə uyğundur; Amerika xalqı tərəfindən dəstəklənir; və ABŞ siyasətindəki və ya hədəflərindəki dəyişikliyə bərabər deyil ”- deyə, Miller bildirib.

O əlavə edib ki, bu ana qədər fədakarlıq göstərən bir çox vətənpərvərlərə və miraslarını davam etdirən yoldaşlarına borcluyuq”.

“Birlikdə Əfqanıstan və İraqda canlarından keçən 6900-dən çox Amerika əsgərinin itkisinə yas saxladıq. Müharibə yaralarını daşıyan 52 000-dən çoxunu və hələ də izlərini daşıyanların hamısını - görünən və görünməyənləri heç vaxt unutmayacağıq” , o əlavə edib.

Əfqanıstan Prezidenti Əşrəf Qani Millerlə görüşərək Əfqanıstanda sülh üçün mübarizə aparan hər bir Amerika hərbçisinə minnətdarlığını bildirib. ABŞ müharibəni bitirmək üçün danışıqlar yolu ilə siyasi bir razılığa gəlmək üçün Talibanla Əfqanıstan hökumətinin Barış Müzakirələrini dəstəkləməkdə davam edir.

Müdafiə naziri vəzifəsini icra edən Miller Birləşmiş Ştatların amerikalıları qorumağa və ABŞ-ın tərəfdaşlarını dəstəkləməyə davamlı hazır olduğunu qeyd edib:

“Birləşmiş Ştatların silahlı qüvvələri Amerika xalqının təhlükəsizliyini qorumağa və dünyada bizimlə həmfikir olanmüttəfiqlərimizə və tərəfdaşlarımıza dəstək verməyə sadiqdir. Terror, qeyri-sabitlik, bölünmə və nifrət qüvvələri səylərimizi pozmaq üçün düşünülmüş bir kampaniyaya başlayarsa, onları əngəlləmək üçün lazımi imkanları tətbiq etməyə hazırıq” , Miller deyib.

O, Amerika əsgərlərini evə gətirərək “nəsillərin müharibəsini bitirəcəyik” deyib.

“Uşaqlarımızı əbədi müharibədən və ağır yükdən qoruyacağıq. Əfqanıstanda, İraqda və dünyada sülh və sabitliyə xidmət etmək üçün verdiyimiz fədakarlıqları şərəfləndirəcəyik və zülm üzərində azadlığımızı təmin etməyimizə kömək edənlərin hamısını alğışlayırıq” , Miller qeyd edib.

XS
SM
MD
LG