Accessibility links

Breaking News

ABŞ Belarus zülmkarlarına viza məhdudiyyətləri tətbiq edir


ABŞ Dövlət Departamenti Belarus demokratiyasına xələl gətirən əlavə 43 şəxsə viza məhdudiyyətləri tətbiq edərək onların Birləşmiş Ştatlara girişini yasaqlayıb.

Bu şəxslərə yüksək səviyyəli ədliyyə sektoru, dinc nümayişçiləri saxlayan və onlara zorakılıq tətbiq edən hüquq-mühafizə orqanlarının işçiləri, dinc nümayişçiləri və jurnalistləri həbsxanaya məhkum etməkdə iştirak edən hakim və prokurorlar, habelə tələbələri dinc etiraz aksiyalarında iştirak etdikləri üçün təhdid edən akademik inzibatçılar daxildir.

Dövlət Katibi Antoni Blinken Birləşmiş Ştatların Lukaşenka rejiminin dinc nümayişçilərə, demokratiya tərəfdarlarına və jurnalistlərə qarşı davamlı şiddət tətbiq etməsindən narahat olduğunu deyib.

Aksiyalarla əlaqəli digər narahatlıqlararasında insan haqları təşkilatı Vyasna, Belarus Jurnalistlər Birliyi və müstəqil həmkarlar ittifaqı işçilərinə son basqınlar da yer alır.

Bundan əlavə fevralın 18-də belaruslu hakim jurnalist Katsiarina Andreyeva və Darya Çultsovanı "mülki qaydaları pozmağa yönəlmiş kütləvi tədbirlər təşkil etməkdə" günahlandırıb.

Son məhkəmə ifadələrində Andreyeva və Çultsova onlara qarşı irəli sürülən ittihamları rədd edib.

Daha əvvəl ABŞ Belarusa demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan 66 şəxsə viza məhdudiyyətləri tətbiq etmişdi. Bu şəxslər arasındaLukashenko rejiminin yüksək səviyyəli əsmiləri ilə yanaşı, müstəqil medianın işinə mane olmaqda və Belarusda media azadlığının pozulmasında iştirak edən Rusiya və Belarus vətəndaşları da var idi.

Ümumilikdə 109 nəfərə viza məhdudiyyətləri tətbiq edilib.

Avqustun 9-da saxtalaşdırılmış prezident seçkilərindən dərhal sonra on minlərlə insan etirazlara başlamışdı. O vaxtdan bəri dinc etirazçılar hər həftə təşkil edilir.

Nümayişçilər Lukaşenkanın istefasını və yeni seçkilərin keçirilməsini tələb edir.

Lakin bu günə qədər Lukaşenka müqavimət göstərir.

Təhlükəsizlik qüvvələri tərəfindənon minlərlə insanı həbs edilib və müxalifətin yüksək səviyyəli qzləri zorla ölkədən çəxarələb, nəzarət altına alınıb və təhdidlərlə üzləşməkdədir.

Zorakılıqlar nəticəsində bir neçə etirazçı öldürülüb.İnsan haqlarının müdafiəsi təşkilatlarınını bildirdiyinə görə, məhbuslara qarşı işgəncə tətbiq olunduğuna dair etibarlı dəlillər var. ABŞ Belarusdakı seçki pozuntularını, seçki ilə əlaqədar insan haqları pozuntularını və bundan sonrakı təzyiqləri müstəqil şəkildə araşdırmaq üçün beynəlxalq səyləri dəstəkləməkdə davam edir.

"Biz cəsarətli Belarus xalqının yanındayıq və onların azad və ədalətli seçki hüquqlarını dəstəkləyirik," Dövlət Katibi Blinken deyib.

XS
SM
MD
LG