Accessibility links

Breaking News

ABŞ Belarusda internetin kəsilməsindən narahatdır


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

Belarus rəsmiləri avqustun 9-da keçirilən saxta seçkilər səbəbilə ölkəd boyu baş verən etirazlara cavab olaraq internetə çıxışı və onlayn məzmunları məhdudlaşdırır. Bunun nəticəsində Birləşmiş Ştatlar və 35 başqa ölkə internetin Aleksandr Lukaşenko rejimi tərəfindən tamamilə və ya qismən qapadılmasını qınayan bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, İnternetə çıxışın kəsilməsi və ya internet xidmətinin bloklanıb, məhdudlaşdırılması dinc toplaşmaq hüququnu və ifadə azadlığını əsassız şəkildə məhdudlaşdırır. Müxalif namizədlərə qarşı məhdudlaşdırıcı tədbirlər və hədə-qorxular, habelə Belarusun dinc vətəndaşları və jurnalistlərinin kütləvi həbsi ilə yanaşı internetə, o cümlədən sosial mediaya və başqa digital kommunikasiya platformalarına çıxışın məhdudlaşdırılması vətəndaş cəmiyyətini daha da məhv edir.

Birləşmiş Ştatlar və müttəfiqləri təzyiq tədbirlərinə baxmayaraq səsini eşitdirməyə çalışan cəsur Belarus xalqının yanında durmağa davam edir. Ədalət və cavabdehlik çağırışında qadınların mərkəzi rol oynaması diqqətəlayiqdir. Saxta seçkilərdən bəri hər şənbə qadınların dinc etirazı keçirilib. Bu etirazlarda minlərlə qadın iştirak edib və onlar zorakılığı pisləyib, Lukaşenkonu istefa verməyə çağırıblar.

Onlayn vətəndaş cəmiyyəti canlı offlayn vətəndaş cəmiyyətinin ayrılmaz bir hissəsidir. Hökümətlər internetə çıxışı bloklamamalı və bağlamamalıdırlar, çünki bu cür tədbirlər demokratik cəmiyyətin əsasını formalaşdıran insan haqları və fundamental azadlıqları, o cümlədən dinc toplaşmaq hüququ və bir arya gəlmək və ifadə azadlıqlarına xələl gətirir.

İnternetin kəsilməsi bütün istifadəçilərə, ələlxüsus da marginal qruplara və təhlükəyə açıq vəziyyətdə olan insanlara təsir göstərir. Qapadılmalar media azadlığını və jurnalist və insan hüquqları fəallarının insan haqları pozuntularını və ya zorakılıqları işıqlandırmaq və höküməti cavabdeh tutmaq imkanını məhdudlaşdırır. İnternetin kəsilməsi və internet xidmətlərinə tətbiq olunan məhdudiyyətlər həmçinin məlumatın yayılmasını və sərbəst axının qarşısını alır, iqtisadi fəallığa zərər verir, sosial və siyasi hərc-mərcliyə səbəb olur və ictimai təhlükəsizliyə mənfi təsir göstərir.

İnsan haqları həm onlayn həm offlayn məkanda qorunmalıdır. ABŞ və tərəfdaşları Belarus hakimiyyətni İnterneti qapatmaqdan və bloklamaqdan yayınmağa və Belarusun beynəlxalq insan halqarı öhdəliklərinə hörmət göstərməyə çağırır. Vətəndaş cəmiyyətinə, insan haqlarına, fundamental azadlıqlara, demokratiyaya və qanunun aliliyinə hörmət göstərmək Belarusun borcudur.

Belarusda seçkilərlə əlaqədar bütün insan haqları pozuntuları müstəqil şəkildə araşdırılmalı və insan haqlarını pozanlar məsuliyyətə cəlb olunmalıdır.

XS
SM
MD
LG