Accessibility links

Breaking News

ABŞ Birmada Hərbi Çevrilişi Pisləyir


Birma ordusunun çevrilişi ABŞ-ı ciddi şəkildə narahat edir.

Hərbi qüvvələr hakim Demokratiya Uğrunda Liqanın liderlərini və Birmanın mülki rəhbərliyini, o cümlədən Aunq San Suq Çi və Prezident U Win Myinti kabinet nazirlərini, bəzi bölgələrin baş nazirləri, müxalif siyasətçiləri, yazıçılari, vətəndaş cəmiyyəti nümayəndələrini həb edib.

Birma parlamenti ölkədə 8 noyabr seçkilərindən sonra ilk iclasını keçirməli idi.

Milli Demokratiya Uğrunda Birlik və ya ölkənin hakim partiyası olan NLD səslərin 83 faizini qazanmışdı.

NLD rəhbəri Aunq San Suu Çi 2015-ci ildə vəzifəyə başladığı gündən bəri ölkənin mülki lideridir. Birma hərbi liderləri seçki nəticələrini saxta adlandıraraq, onları qəbul etməkdən imtina edib.

İddialarına heç bir dəstək əldə etmyən ordu parlament binasını mühasirəyə alıb və dövlət çevrilişi edib.. Birma ordusu 2008-ci il konstitusiyasında orduya milli fövqəladə vəziyyət elan etmək hüququnun verildiyini iddia edərək bir illik fövqəladə vəziyyət elan edib.

Ordu ölkənin infrastrukturunun nazirliklərin əksəriyyətinin nəzarətini ələ keçirib, bir sıra televiziya yayımlarını dayandırıb və vətəndaş cəmiyyətinə qarşı mübarizə kampaniyasına başlayıb.

Hərbi qüvvələr hakimiyyəti ordu rəisi, baş general Min Aunq Hlainqə təhvil verib.

Mülki seçilmiş məmurlar ilə güc paylaşımı illərində ordu Birma siyasi işlərində əhəmiyyətli dərəcədə təsirini qoruyub.

Konstitusiya Müdafiə və Daxili İşlər Nazirliklərinin nəzarətini orduya verib. Bundan əlavə əsgərlər parlamentdəki yerlərin dörddə birini tutuir.

Prezident Co Bayden beynəlxalq ictimaiyyəti Burma ordusunu ələ keçirdikləri gücdən dərhal imtina etməsi, həbs etdikləri fəallar və səlahiyyətliləri sərbəst buraxması, bütün telekomünikasiya məhdudiyyətlərini ləğv etməsi və dinc sakinlərə qarşı zorakılıqlardan çəkinməsi üçün birlliyə çağırıb.

ABŞ Dövlət Katibi Entoni Blinken Birma hərbi liderlərini Burma xalqının noyabrda keçirilən demokratik seçkilərdə nümayiş etdirdiyi iradəsinə hörmətlə yanaşmağa çağırıb. O, Amerika Birləşmiş Ştatlarının demokratiya, azadlıq, sülh və inkişaf arzularında Birma xalqının yanında dayandığını deyərək hərbi qüvvələri əməllərinə son qoymağa çağırıb.

XS
SM
MD
LG