Accessibility links

Breaking News

ABŞ COVID-19 pandemiyasına qarşı səyləri gücləndirir


Prezident Co Bayden administrasiyası COVID-19 pandemiyasını məğlub etmək üçün dünya miqyasında səylərin birləşdirməsinin əhəmiyyətinə inanır. Lakin xəstəliyin yeni variantları ortaya çıxdıqda və dünyaya yayıldıqda "hər yerdə COVID-19-u məğlub edəcəyiksə iş birliyimizi göstərməliyik," Bayden bildirib.

“Amerika Birləşmiş Ştatları əlavə $2 milyard dollar vədi ilə COVAX-ı 2 milyard dollarla təmin etməklə başqalarını da bu addımı atmağa çağırır,” Bayden deyib.

İlkin $2 milyard dollar 2021-ci ildə veriləcək, əlavə $2 milyard dollarlıq vəsait isə gələn il ərzində əldə ediləcək.

Vəsait dünyadakı həssas cəmiyyətləri və ya dünya əhalisinin 20 faizini 1,3 milyard vaksin dozası ilə təmin etməyi hədəfləyən COVAXidarəsi və peyvəndlər üçün qlobal ittifaq olan Gavi'yə veriləcək.

Dövlət katibi Entoni Blinken fevralın sonunda BMT-nin Təhlükəsizlik Şurasının COVID-19 və peyvəndlə əlaqədar brifinqində demişdi:

"Amerika Birləşmiş Ştatları təkcə COVID-19-la mübarizə deyil, eyni zamanda gələcək üçün daha güclü qlobal sağlamlıq potensialı və təhlükəsizlik yaradılmasında Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının çoxtərəfli əməkdaşlığının vacib olduğuna inanır.”

“Biz gələcəkdə pandemiyaların qarşısını almaq üçün COVID-19-u məğlub etməliyik. Bu məqsədlə ÜST-nü gücləndirmək və islahatlar üçün dünyadakı tərəfdaşlarla işləyəcəyik; Qlobal Sağlamlıq Təhlükəsizliyi Gündəmini dəstəkləmək; bioloji təhdidlərə davamlı hazır olmaq; testlər, izləmələrlə insanları xilas etmək üçün lazım olan PPE (şəxsi qoruyucu avadanlıq) ilə daha sürətli cavaba imkan verəcək bir xəbərdarlıq sistemi yaratmalıyıq.”

Dövlət katibi Blinken deyib ki, təhlükəsiz və təsirli vaksinlərə çıxışı genişləndirsək də, COVID-19 epidemiyalarının gələcək illərdə baş verəcəyini bilirik.

“İrəliləyərək bütün ölkələr səhiyyə vəziyyətindəki fövqəladə halların qarşısının alınması və cavab verilməsi üçün şəffaf və möhkəm bir prosesdəiştirak etməlidirlər. Şəffaflıq, məlumat mübadiləsi, beynəlxalq ekspertlər üçün giriş - bunlar həqiqətən qlobal problem olan məsələyə ümumi yanaşmamızın əlamətləri olmalıdır,” Blinken bildirib.

“Prezident Baydenin dediyi kimi BMT qlobal problemlərin həlli üçün tərəfdaş kimi çalışacaq. Bu pandemiya bu problemlərdən biridir. Və bu bizə yalnız mövcud böhrandan çıxmaq üçün deyil, həm də gələcəyə daha hazır və daha davamlı olmaq üçün fürsət verir,” Blinken əlavə edib.

XS
SM
MD
LG