Birləşmiş Ştatlar Ümumdünya Ticarət Təşkilatında COVID-19 vaksinlərinin əqli mülkiyyət hüquqularından imtina edilməsini dəstəkləyib.
Bayden-Harris administrasiyasının bu siyasəti mayın 5-də ABŞ-ın Ticarət nümayəndəsi səfir Katerin Tai tərəfindən açıqlanıb. “Bu, qlobal sağlamlıq böhranıdır və COVID-19 pandemiyasının yaratdığı qeyri-adi şərait qeyri-adi tədbirlərin görülməsini zəruri edir,” o, açıqlamasında bildirib. “Administrasiya əqli mülkiyət hüquqularının qorunmasına inanır, lakin bu pandemiyaya son qoyulması üçün COVID-19 vaksinlərinin əqli mülkiyyət hüquqlarının qorunmasının ləğvini dəstəkləyir.”
Səfir Tai açıqlamasında deyib ki, Birləşmiş Ştatlar Ümumdünya Ticarət Təşkilatında mətnə əsaslanan danışıqlarda aktiv iştirak edəcək…Bu danışıqlar qurumun konsesusa-əsaslanan quruluş və müzkairə olunan məsələlərin mürəkkəbliyi baxımından zaman olacaq.”
İnkişaf etməkdə olan bir çox ölkənin COVID-19 vaksinlərinə az çıxışları var və onlar vətəndaşları arasında COVID-19 hallarının artmasına qarşı mübarizə aparmaqda çətinlik çəkirlər. Ümümdünya Səhiyyə Təşkilatının baş direktoru Teros Adhanom Gebreyesus ABŞ-ın qərarını alqışlayıb və bunu “monumental bir an” və “Amerikanın qlobal sağlamlıq problemlərinə qarşı mübarizədə liderliyinin güclü nümunəsi” adlandırıb.
Səfir Tai deyib ki, “administrasiyanın məqsədi mümkün qədər çox sayda insanla mümkün qədər təhlükəsiz və effektiv vaksin çatdırmaqdır. Biz Amerika xalqını vaksin tədarükü ilə təmin etdiyimiz üçün, administrasiya özəl sektor və mümkün tərəfdaşlarla işləyərək vaksin istehsalını və çatdırılmasını genişləndirmək üçün səylərini artıracaq. Administrasiya həmçinin bu vaksinləri istehsal etmək üçünlazım olan xam materialları artırmaq üçün çalışacaq.”