Accessibility links

Breaking News

ABŞ Dünyaya COVID-19-a qarşı mübarizədə yardım edir


G7+ kimi tanınan bir qrup demokratiya bu yaxınlarda Britaniyada keçirilən sammitdə azı 860 milyon doza COVID-19 vaksini paylaşmağı vəd edib. Bu vaksin dozaları və 2021-ci ilin fevral ayında vəd olunan vaksinlərlə birlikdə növbəti bir il ərzində 1 milyard doza vaksin ianə olunmuş olacaq. Bu dozaların yarısını Birləşmiş Ştatlar təmin edəcək.

“Bizim beynəlxalq prioritetimiz ən yoxsul ölkələr üçün təhlükəsiz və effektiv, əlçatan və əlverişli vaksinlərin çatdırılmasını sürətləndirməkdir,” G-7 liderləri bəyanatlarında yazıblar.

Prezident Bayden özünün sammitdən öncə Birləşmiş Ştatların, bu pandemiyaya qarşı mübarizə etmək üçün peyvəndə ehtiyacı olan 92 aşağı və orta gəlirli ölkə daxil olmaqla, təxminən 100 ölkə və iqtisadiyyata ianə etmək üçün yarım milyard doza Pfizer/BioNTech vaksini alacağını elan etməsindən sonraya təsadüf edən bu tarixi vədi alqışlayıb. Prezidentin qeyd etdiyi kimi, Birləşmiş Ştatlar “bir ölkə tərəfindən ən böyük COVID-19 vaksini ianəsi edir.”

Bu yarım milyard vaksinlər avqustda, istehsaldan çıxandan sonra mümkün qədər tez bir zamanda gpndərilməyə başlayacaq,” Prezident Bayden deyib. “Bu dozaların iki yüz milyonu bu il, 2021-ci ildə çatdırılacaq, əlavə 300 milyon isə 2022-ci ilin ilk yarısında çatdırılacaq.”

ABŞ-ın koronavirusa qarşı qlobal mübarizəyə yarım milyard doza Pfizer vaksini ianə etməsi Prezident Baydenin daha öncə elan etdiyi 80 milyon dozaya və Birləşmiş Ştatların COVID-19-a qarşı təhlükəsiz və effektiv vaksinlərin çatdırılması mexanizmi olan COVAX-a ianə etdiyi 2 milyard dollara əlavədir.

G-7 ölkələrinin yeni elan olunan vaksin yardımı ilə Böyük Yeddilər 2020-ci ilin əvvəlindən bəri dünyanı 2 milyarddan çox vaksinlə təmin etmiş olacaqlar. Böyük Yeddilər həmçinin 2021 və 2022-ci illərdə Birləşmiş Ştatlar, Avstraliya, Hindistan və Yaponiyanın Quad Vaksin Əməkdaşlığı kimi əməkdaşlıqlar vasitəsilə azı 1 milyard təhlükəsiz və effektiv COVID-19 vaksinlərinin yerli istehsalını artırmağa sadiqdir.

Prezident Bayden qeyd edib ki, G-7 tərəfdaşları arasında onların öhdəliklərinin onların COVID-19-u məğlub etmək səylərinin başa çatdığının işarəsi olmadığına dair açıq-aşkar konsensus var. “ Bu, uzun bir müddət davam edən daimi bir layihə olacaq,” o bəyan edib.

XS
SM
MD
LG