Accessibility links

Breaking News

ABŞ daha çox insan haqlarını pozan iranlıları müəyyən edib


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

İran rejiminin 1979-cu ildə hakimiyyətə gələndən bəri 40-dan çox ölkədə qətllər, terror planları və terror hücumlarında əli olub. Dövlət Katibi Mayk Pompeonun dediyi kimi “Rejimin qəddarlığı və əxlaqsızlığı beynəlxalq sərhəd tanımır.”

ABŞ Dövlət Departamenti avqustun 21-də hər il qeyd olunan Terror Qurbanlarının Anma Günündə insan haqlarını pozan 14 iranlıya sanksiya tətbiq edib. Onlardan 13-ü 1990-cı ildə İsveçrədə planlaşdırılmış qəddar hücumda əli olan rejim rəsmiləridir. Özlərini iranlı diplomat kimi göstərən 13 qatil hökümətlərinin yüksək olan səviyyədə sifarişlərini yerinə yetirirdilər. Rejimin xaricdə planlaşdırdığı hücumların çoxunda olduğu kimi, bu agentlər iranlı dissidentlərin səslərini boğmaq üçün onları təqib edib, qətlə yetiriblər.

Lakin dövlət katibi Pompeo sanksiyaları elan edən bəyanatında deyib: “İran rejimi İran vətəndaşlarına nəzarət etmək üçün təkxə xaricdə qorxu və zorakılığa əl atmır.” Birləşmişş Ştatlar həmçinin İranın məşhur Evin həbsxanasının direktoru Hocotullah Xodai Suriyə də sanksiya tətbiq edib. Ebin həbsxanasının məhbusları qəddar və uzun işgəncələrə, o cümlədən təcavüz, döyülmə, tibbi müalicə çatışmazlığına məruz qalırlar. Bundan əlavə İran xarici ölkələrdən güzəştlər əldə etmək məqsədilə xarici vətəndaşları həmin həbsxanada girov saxlayır.

Bu 14 İran rəsmisinə insan halqarı pozuntularına görə sanksiyanın tətbiq edilməsi o deməkdir ki, onlar və onların ən yaxın ailə üzvlərinin Birləşmiş Ştatlara girişi qadağan olunur.

Bu tədbir dünya boyu İran İslam Respublikasının qurbanlarına dəstək mesajı göndərir ki, biz terror və zorakılıq yayanları cavabdeh tutacağıq. Birləşmiş Ştatlar İrana öz xalqına ləyaqət və hörmətlə rəftar etməsi üçün təzyiq göstərməyə davam edəcəyik,” dövlət katibi Pompeo bildirib.

“Birləşmiş Ştatlar İranda saysız insan haqları pozuntuları edənlərin həqiqi ədalətlə üzləşəcəkləri günü səbirsizliklə gözləyir və bu sanksiyaların İran rejiminin ölkə daxilində və xaricdəji zorakılıq və zülmlərinin qurbanlarının ailələri və dostlarına bir az rahatlıq və arxayınlıq verəcək.”

XS
SM
MD
LG