Xarici yardım bütün qlobal problemlərin həlli deyil. Bu yardım yalnız hər hansı bir ölkənin sistemli problemlərin həlli və ya struktur problemləri düzəltmək səylərini dəstəkləyə bilər.
Xarici yardım tərəfdaş hökumətlər, vətəndaş cəmiyyəti təşkilatları və yerli özəl sektor tərəfdaşları ilə işləyərək dəyişiklik üçün şərait yaratmağa kömək edir və gənclər üçün imkanları genişləndirir. Xarici yardım vasitəsilə yerli əhalini qasırğalar kimi hava şəraiti və pandemiya kimi sarsıntılardan xilas etmək olar. Xarici yardım iş imkanı axtaran insanlar üçün qanuni miqrasiya yollarına çatmağı da dəstəkləyə bilər.
San Salvadorda Mərkəzi Amerika Universitetində çıxış edən USAID idarəçisi Samanta Pauer Birləşmiş Ştatların ümid yaratmaq və bəzi insanları bölgəni tərk etməyə təhrik edən və Birləşmiş Ştatlara təhlükəli səyahətə təşəbbüs edən problemləri həll etmək üçün yeni və təsirli yollar tapmağa sadiq olduğunu vurğulayıb. Bu səylər çərçivəsində USAID marjinal əhalini gücləndirmək, kiçik sahibkarlıq subyektlərini dəstəkləmək, endemik zorakılığın qarşısını almaq, El Salvador və bölgə xalqı üçün fürsət yaratmaq məqsədi ilə bir sıra yeni regional və ikitərəfli təşəbbüslər təqdim edib.
Dövlət Departamenti tərəfindən həyata keçirilənlərə işlərə əlavə olaraq USAID COVID-19 pandemiyasının fəsadları ilə üzləşən sahibkarlara və kiçik müəssisə sahiblərinə təqribən 12 milyon dollar yardım ayırıb.
Bundan əlavə USAID salvadorluları icmalarından ayıran şərtlərə, o cümlədən gender əsaslı zorakılıqlar, cinayətlər, qəsb və insan haqlarının pozulması hallarına qarşı 115 milyon dollara qədər yeni təşəbbüslərə müraciət edəcək.
USAID qadınların gücləndirilməsi və onların daha geniş iqtisadi imkanlarla təmin eedilməsi üçün yeni yanaşmaları təşviq etmək üçün 5 milyon dollar dəyərində regional yardım istəyib.
"Dürüst olsaq, qadınlar həmişə kişilərlə eyni iqtisadi fürsətə sahib olmurlar" - deyə, Pauer bildirib.
“ABŞ inanır ki, hökumətlər hər yerdə xalqlarının etibarını və xoş niyyətini qazanmalıdır. Honduras, Qvatemala və El Salvadorda qarşılaşdığımız kimi məhkəmə müstəqilliyinə hörmət göstərilmirsə, antikorrupsiya qurumları ləğv edilirsə, o zaman yerli hökumətlər sona çatacaq. Korrupsiya bizneslə məşğul olmağın dəyəri deyil, bu, əslində birbaşa xarici investisiyaların qarşısını alır. Qanunun aliliyi özünəməxsus bir şey deyil. Bu, müəssisələrə güvən verir, eyni zamanda vətəndaşlara, onlara qarşı haqsızlıq edildikdə düzəlişlər axtarma qabiliyyətinə sahib olmalarına inam verir. Demokratiya azad mətbuat, məhdudlaşdırılmamış bir vətəndaş cəmiyyəti, hakimiyyət bölgüsü, azad və şəffaf seçkilər, əsas insan hüquqları, uzunmüddətli firavanlıq və sabitliyi təmin edən amildir” - deyə, Pauer vurğulayıb.