Accessibility links

Breaking News

ABŞ-Hindistan münasibətləri gücləndirilir


“Mən daha öncə heç vaxt Hindistan-ABŞ münasibətlərinin gələcək imkanları barədə bu qədər nikbin olmamışam,” ABŞ dövlət katibinin müavini Stefen Biqan ABŞ-Hindistan forumunda bildirib.

ABŞ-la Hindstan arasındakı münasibət bir çox sahəni əhatə edir. Buna müdafiə və təhlükəsizlik sahəsi üzrə əməkdaşlıq, ortaq hüquq-mühafizə dəstəyi, ticarət və sərmaye sahəsində əməkdaşlıq, enerji əməkdaşlığı və elm və texnologiya sahəsində əməkdaşlıq daxildir. Ən önəmli əməkdaşlığa isə Amerika və Hindistan universitetləri və şirkətlərinin koronavirus vaksini üzərində sınaq aparmaq kimi birgə səylər daxildir.

Katib müavini Biqan Hind-Sakit Okean regionunda yenilənmiş təhlükəsizlik ittifaqına ehtiyacı vurğulayıb. “Birləşmiş Ştatlar II Dünya müharibəsindən sonra Soyuq Müharibənin yaratdığı çətinliklər və təhlükələri həll etmək üçün yaradılan qlobal ittifaq quruluşunun yenilənmədən davam edə biləcəyini fərz edə bilməz,” Biqan deyib. “Azaq və açıq nizamı qorumaq üçün bizim strateji münasibətlərimiz bu günün və sabahın geo-siyasi reallıqlarını əks etdirməlidir.”

Yenilənmiş təhlükəsizlik əməkdaşlığı altında “Hindistan kimi ölkələr müdafiələrini özləri təmin etmək istəyəcəklər,” katib müavini Biqan bildirib. Bu kontekstdə Birləşmiş Ştatlar Hindistanın öz suverenliyini və demokratiyanı qorumaq və Hindistanın Hind-Sakit Okean regionundakı maraqlarını irəlilətməyin yollarını axtarır.

Birləşmiş Ştatlar və Hindistan Yaponiya və Avstraliya ilə yanaşı Hind-Sakit Okean regionunun dörd demokratik lövbəridir. Onlar ortaq dəyərlərlə birlikdə ortaq maraqları bölüşürlər. “Biz birlikdə ölkələrimizin və regiondakı müxtəlif digər ölkələrin azad və açıq Hind-Sakit Okean regionunda suveren və firavan ölkələr kimi çiçəklənmələrini təmin edəcək plüralist istəyi dəstəkləyirik," Biqan deyib.

Lakin o xəbərdarlıq edib ki, Çinin regiondakı aqressiv taktikaları fonunda “bu istək qaçılmaz nəticə” deyil. Çinin törətdiyi təhlükə Hind-Sakit okean regionundakı ölkələrin təhlükəsizliklərini artrımaq məqsədilə ikitərəfli (Hindistanla) və digər ölkələrlə əməkdaşlığı zəruri edəcək,” katib müavini Biqan bildirib.

Birləşmiş Ştatlar artıq Hindistana hərbi satışları və kəşfiyyat məlumatlarının paylaşımını artırıb. Amma hələ çox işlər görülməlidir. Buna mütəmadi təlimlər və mübadilələr, ortaq müdafiə platformaları və qarşılıqlı inkişaf vasitəsilə hər iki ölkənin orduları arasında qarşılıqlı fəaliyyəti artıraraq Hindistanın özünü müdafiə etmək imkanlarını gücləndirmək daxildir.

"Bizim iki ölkəni möhtəşəm şeylər gözləyir. Momentumu sürətləndirmək bizim əlimizdədir,” Biqan bildirib.

XS
SM
MD
LG