Accessibility links

Breaking News

ABŞ Hizbullahın üzvlərini müəyyən edib


Hizbullahın bayrağı
Hizbullahın bayrağı

Mayın 11-də ABŞ Maliyyə Nazirliyinin Xarici Mülkiyyətə Nəzarət Ofisi və ya OFAC Hizbullah və onun maliyyə qurumu olan Əl-Qərd Əl-Həsən (AQAH) ilə əlaqəli yeddi şəxsi müəyyən edib.

OFAC direktoru Andrea Gaki deyib ki, Hizbullah maliyyə aparatlarının ən yüksək səviyyələrindən işçi səviyyəsinə qədər Livanın maliyyə sektorunu sui-istifadə etməyə və Livanın maliyyə qaynaqlarını onsuz da çətin bir zamanda boşaltmaqda davam edir. Bu kimi əməllər Hizbullahın Livanın maliyyə sabitliyinə, şəffaflığa və ya hesabatlılığa əhəmiyyət verməməsini nümayiş etdirir.

AQAH Livan xalqına xidmət etməyi qarşısına məqsəd qoysa da, praktiki olaraq Livanın maliyyə qurumlarını sanksiya riskinə məruz qoyaraq, saxta hesablar və əlbirləri vasitəsi ilə qanunsuz vəsaitlər köçürür.

Qeyri-hökumət təşkilatı adı ilə maskalanan AQAH Hizbullahı dəstəkləyən banka xas xidmətlər təqdim edir. Bu qurum Livan iqtisadiyyatının son dərəcə ehtiyac duyduğu sərt valyutanı toplayıb Hizbullahın dəstək bazasını yaratmasına və Livan dövlətinin sabitliyini pozmasına yardım edir.

OFAC-ın müəyyən etdiyi altı nəfər AQAH-ı hədəf alan sanksiyalardan yayınmaq məqsədi ilə ABŞ-ın "Jammal Trust Bank"ı da daxil olmaqla, Livan banklarındakı fərdi hesablardan və AQAH adından təqribən 500 milyon ABŞ dolları köçürmək üçün istifadə edib.

OFAC Hizbullahın Mərkəzi Maliyyə Fondunun direktoru vəzifəsini icra edən İbrahim Əli Daherinin də adını çəkib. Bu bölmə qrupun əleyhdarlarının dəhşətə gətirilməsi, qorxudulması və öldürülməsi əməliyyatlarının maliyyələşdirməsi də daxil olmaqla, Hizbullahın büdcə və xərclərini idarə edir.

Bu fərdlər ABŞ-ın əvvəlki hərəkətlərinə qarşı Hizbullaha dəstək verənləri gücləndirir. ABŞ Hizbullahın əməliyyatlarını pozmaq üçün fəaliyyətini davam etdirəcək.

XS
SM
MD
LG