Oktyabrın 1, Çin Xalq Respublikasının əsasının qoyulmasının ildönünümü Honq Konqda Çinin ada şəhəri muxtariyyəti və fundamental azadlıqlarından məhrum etmək səylərinə qarşı etiraz aksiyalarının keçirildiyi günə çevrilib. Bu il isə Honq Konq höküməti demokratiya tərəfdarı Mülki Vətəndaş Hüquqları Cəbhəsinin təklif etdiyi yürüşü qadağan edib və küçələrə 6,000-ə yaxın polis yerləşdirib.
Buna baxmayaraq bir neçə yüz insan yenə də etiraz keçirib və polis azı 86 nəfəri həbs edib. Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus “Honq Konq hökümətinin dinc etirazçıların ixtiyari həbsi ilə bağlı hiddətini ifadə edib.”
Digər honq konqlular gündəlik demokratiya tərəfdarı Apple Daily qəzetini səsli oxuyaraq etirazlarını bildiriblər. Mətbuatda yer alan xəbərlərə görə bu etirazların bəziləri polis idarəsinin önündə keçirilib. Qəzetin təsisçisi Cimmi Lai son dərəcə sərt milli təhlükəsizlik qanunu altında avqust ayında həbs olunub.
Milli təhlükəsizlik qanunu iyun ayında qəbul olunub və Çinin təxribat, separatizm, terrorizm və ya xarici qüvvələrlə gizli razılıq kimi gördüyü hər bir hərəkəti cəzalandırır. Bu cəzalara ömürlük həbs cəzası da daxildir.
Etirazçılar həmçinin avqust ayında demokratik Tayvandan qaçmağa çalışarkən Çin rəsmiləri tərəfindən dənizdə saxlanılan 12 Honq Konq vətəndaşının qaytarılmasına çağırıb. Onlardan bəziləri demokratiya tərəfdarı fəaliyyətlərinə görə ciddi ittihamlarla üzləşirlər. Çin rəsmiləri 12 nəfəri Honq Konqa təhvil verməyi rədd edib və onlara qarşı bir ay sonra ittiham irəli sürüb. Mətbuatda yer alan məlumatlara görə, onlara açıq şəkildə ünsiyyət qurmağa və ya istədikləri vəkillə görüşməyə icazə verilməyib.
“Biz yerli rəsmilərin hüquq-mühafizə orqanlarından siyasi məqsədlərlə davamlı istifadə etməsini qınayırıq,” Ortaqus bildirib. Bu, qanunun aliliyinin qorunmasına, insan haqlarına, o cümlədən toplaşmaq və ifadə azadlıqlarına hörmətə ziddir. Bu həbslər Pekinin Çin Xalq Respublikasının qoruyub saxlayacağına söz verdiyi Bir Ölkə İki Sistem quruluşunu tamamilə məhv etdiyini vurğulayır.”
Sabit və firavan Honq Konq toplaşmaq və azad söz hüququ eləcə də başqa fundamental azadlıqlara hörmətin göstərilməsindən asılıdır. Honq Konq höküməti dinc ictimai rəyi yatırmaqla bir daha Çin Kommunist Partiyasının Honq Konqdan muxtariyyətini, Honq Konq xalqını isə azadlıqlarından məhrum etmək səyləri ilə əlbir olduğunu göstərir.