Accessibility links

Breaking News

ABŞ Honq Konqdakı Həbsləri Pisləyir


Müstəqillik tərəfdarı olan tələbə lider Toni Çanq

Honq Konqda yeni təhlükəsizlik qanunları və başqa nizamlamalara əsasən bir çox demokratiya tərəfdarlarının həbsləri artmaqda davam edir. Hər yeni həbslə Çin Kommunist Partiyası Honq Konqun muxtariyyatını sökür və orada insan haqlarına ehtiramı alt-üst edir.

Lap bu yaxınlarda rəsmilər Honq Konqda səkkiz demoktiyapərəst siyasətçini o cümlədən Qanunverici Şuranın beş üzvünü həbs edib. Polisin bildirdiyinə görə, onlar qanunverici orqanda əsas komitəyə kimin nəzarət edəcəyi ilə bağlı 8 mayda keçirilmiş mübahisəli görüşlə əlaqədar aparılan istintaq zəminində saxlanılıblar.

“Bu qanunvericilərin haqqında söhbət gedən insidentdən altı ay sonra həbs edilməsi hüquq-mühafizə orqanlarından sırf siyasi məqsədlər üçün sui-istifadə olunduğunu göstərir,” Dövlət Katibi Mayk Pompeo bəyanatda bildirib. “Honq Konq hökumətinin demokratiya tərəfdarları olan nümayəndələrə qarşı təqibləri və hədə-qorxuları, fikir ayrılıqlarını boğmaq cəhdləri onun avtoritar Çin Kommunist Partiyası ilə əlbir olmasının bariz nümunələridir.”

23 oktyabrda Honq Konqun müstəqilliyini təşviq edən sabiq tələbə qrupunun üç üzvü milli təhlükəsizlik qanunları əsasında həbs olunub. Onlar sosial mediada müstəqilliyə çağırışlar edən postlar yerləşdirməkdə şübhəli bilinirlər. Bu üç şəxs sabiq tələbə lideri Toni Çanq, və sabiq üzvlər Vilyam Çan və Yanni Ho-dur.

Birləşmiş Ştatlar onların həbslərini və saxlanmalarını kəskin şəkildə pisləyir və Honq Konq rəsmilərini saxlanılan şəxsləri dərhal azad etməyə çağırır.

Çin Xalq Respublikası 1984-cü ildə imzalanmış Çin-Britaniya Birgə Bəyannaməsinə müvafiq olaraq öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri pozub. Belə ki, Çin Kommunist Partiyası və onun Honq Konqdakı tərəfdaşları Honq Konqa vəd edilən muxtariyyatı əzir və Honq Konqda insan haqlarına, o cümlədən dinc toplaşma və ifadə azadlığına olan ehtiramı laxladır.

Birləşmiş Ştatlar Honq Konq xalqı ilə çiyin-çiyinə dayanır.

See comments

XS
SM
MD
LG