Accessibility links

Breaking News

ABŞ İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrini hədəf alır


General İsmayıl Ğaani, Qüds Qüvvələrinin komandanı
General İsmayıl Ğaani, Qüds Qüvvələrinin komandanı

Birləşmiş Millətlər Təşkilatının bildirdiyinə görə, Yəməndəki humanitar böhran dünyanın ən dəhşətli böhranıdır. 2015-ci ildə qarşıdurmaların böyümədən əvvəl Yəmən onsuz da yoxsul bir ölkə idi, lakin İranın köməyi və dəstəyi ilə husilərin beynəlxalq səviyyədə tanınan hökumətin qüvvələri arasında davam edən döyüşlərinin geniş yayılması dağıntılara səbəb olub.

ABŞ Dövlət Katibi Mayk Pompeo son açıqlamasında bildirib: "İranın husilərə verdiyi dəstək Yəməndəki münaqişəni alovlandırır və ölkənin qeyri-sabitliyini daha da artırır."

Bu dəstəyə İran rejiminin terrorçu və qiyamçı qruplara dəstək siyasətini həyata keçirmək üçün əsas qol olan İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri( IRGC-QF) rəhbərlik edir. Dekabtın 8-də ABŞ İranın bu yaxınlarda Sənaya göndərdiyi Husi üsyançılarının elçisi olan Həsən İrlunu IRGC-QF zabiti elan edib.

ABŞ-ın Maliyyə Nazirliyinin açıqlamasında işarə etdiyi kimi “İran husilərin rəsmi olaraq qondarma nümayəndəliyini tanıyan yeganə ölkədir. İllərcə İrlu husiləri inkişaf etmiş silahlar və təlimlərlə təmin etmək üçün IRGC-QF səylərini dəstəkləyib ... İrlu keçmiş IRGC-QF komandiri Qasım Sülymani ilə əlaqələrini davam etdirirdi. İrandakı Hizbullah üzvlərinə dətəlim verirdi.”

Dövlət Katibi Pompeo İranın İrlunu Yəmənə göndərməklə IRGC-QF-in husilərə dəstəyini artırmasının danışıqlar yolu ilə həll yolu tapmaq üçün beynəlxalq səyləri daha da çətinləşdirmək niyyətində olduğunu bildirib.

O, ABŞ-ın atəşkəs və siyasi tənzimləməni asanlaşdırmaq üçün səylərini davam etdirdiyini deyib.

Amerika Birləşmiş Ştatları dekabrın 8-də İranın mərkəzli Əl-Mustafa Beynəlxalq Universitetini IRGC-QF-in insanları sıralarına cəlb etmək səylərinə vasitəçilik edən təsisat elan edib.

Yaxın Şərqdə və ABŞ-da əməliyyatları planlaşdırmaq və icra etmək üçün IRGC-QF səylərində iştirak edən Pakistan vətəndaşı Yusif Əli Mufaj da sanksiyaya məruz qalıb.

Dövlət Katibi Pompeo "IRGC-QF-in Yaxın Şərqdəki həssas insanları İran rejimi adından döyüşməyə məcbur etmək də daxil olmaqla, şiddətli və dağıdıcı gündəmini inkişaf etdirmək üçün hər fürsətdən istifadə etdiyini" deyib.

"ABŞ bu bədxassəli davranışı ifşa etmək və ona qarşı durmaq üçün mövcud olan bütün vasitələrdən istifadə etməkdə davam edəcək," Pompeo əlavə edib.

XS
SM
MD
LG