ABŞ İran rejiminin kəşfiyyat şəbəkəsinin 4 üzvünə qarşı sanksiyalar tətbiq edib.
Bu addım Nyu-Yorkun Cənub Dairə prokurorurunun iyul ayında Amerika vətəndaşını ABŞ ərazisində qaçırmaq və onu zorla İrana qaytarmağa çalışdıqları üçün dörd iranlıya qarşı cinayət işi açıldığını elan etdikdən sonra atılıb.
Qaçırılma əmliyyatının hədəfi ədəfi Amerikanın Səsində populyar televiziya proqramının aparıcısı olan iranlı amerikalı jurnalist, hüquq müdafiəçisi və İran rejiminin tənqidçisi Məsih Əlinejad idi.
ABŞ Dövlət katibi Antoni Blinken adam qaçırılması planını "fundamental beynəlxalq normaların kobud şəkildə pozulması" adlandırıb. O, bəyanatında bildirib ki, bu xüsusi planla yanaşı, "Birləşmiş Ştatlar İranın hazırkı və keçmiş ABŞ rəsmiləri də daxil olmaqla, digər Amerika vətəndaşlarını hədəf almaqda davam etməkdə maraqlı olduğunun fərqindədir."
Bu dörd iranlı İranın kəşfiyyat rəmisi Əlireza Şahvarogi Farakhanidir. O, sanksiyaların tətbiq edildiyi digər üç əməliyyatçı, Mahmud Hazein, Kiya Sadeqi və Omid Nurun daxil olduğu şəbəkəyə rəhbərlik edir. Dövlət katibi Blinken şəbəkəyə təkcə iranlı-amerikalı jurnalisti qaçırmaq deyil, eyni zamanda, Britaniya, Kanada və Birləşmiş Ərəb Əmirliklərində iranlı müxalifləri hədəf almaq kimi vəzifənin tapşıdıldığını qeyd edib.
Dörd iranlı əməliyyatçının ABŞ-ın sanksiyalaşdırdığı və İranın ən təhlükəli qurumlarından biri olan İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin (MOİS )adından hərəkət etdiyi müəyyən edilib.
ABŞ Maliyyə Nazirliyinin İran kəşfiyyat şəbəkəsinə tətbiq etdiyi sanksiyalarla bağlı ayrı bir açıqlamada qeyd etdiyi kimi, "MOİS İran hökumətinin iranlılara qarşı qəddar insan haqları pozulmasında əsas rol oynayıb" və "çox vaxt MOIS tərəfindən həyata keçirilən repressiyalar həmçinin Avropa və digər ölkələr də daxil olmaqla İranın hüdudlarından kənara çıxır."
Dörd iranlı əməliyyatçının müəyyən edilməsi ABŞ-da onlara aid olan hər hansı bir əmlakın bloklandığı deməkdir; heç bir ABŞ vətəndaşı onlarla iş qura bilməz; və onlarla əhəmiyyətli əməliyyatlar aparan xarici maliyyə qurumları da sanksiyalara məruz qalır.
Dövlət katibi Blinken ABŞ-ın "müstəqil jurnalistləri qorxutmaq və susdurmaq cəhdlərinə dözməyəcəyini" deyib. Məsulları məsuliyyətə cəlb edəcəyik. Həm ABŞ vətəndaşlarına, həm də xaricdə edilən hücumlara dözməyəcəyik."
Dövlət katibi Blinken ABŞ-ın "müstəqil jurnalistləri qorxutmaq və susdurmaq cəhdlərinə dözməyəcəyini" deyib. Məsulları məsuliyyətə cəlb edəcəyik. Həm ABŞ vətəndaşlarına, həm də xaricdə edilən hücumlara dözməyəcəyik."
Dövlət katibi Blinken ABŞ-ın "müstəqil jurnalistləri qorxutmaq və susdurmaq cəhdlərinə dözməyəcəyini" deyib. “Biz məsuliyyət daşıyanları məsuliyyətə cəlb edəcəyik. Biz ABŞ vətəndaşlarına qarşı burada və ya xaricdə hücumlara dözümlülük göstərməyəcəyik."