Accessibility links

Breaking News

ABŞ İran rejiminə qarşı təzyiqi davam etdirir


Birləşmiş Ştatlar İran rejiminə təzyiq etməyə davam edir.

Dövlət Departamenti iyun ayında İran İslam Respublikasının Göndərmə Xəttlərini (IRISL) və IRISL-ın Şanxayda qərargahlanan filialı E-Sail Göndərmə Şirkətini nüvə silahlarının yayılması ilə əlaqədar davranışına görə sanksiyalara tabe edib. Dövlət Departamenti xəbərdarlıq edib ki, bu iki şirkətlə iş görməyə davam edən hər hansı maraqlı tərəfin sanksiyalarla üzləşmək ehtimalı var.

Dövlət katibi Mayk Pompeonun oktyabrın 21-də açıqladığı kimi, bu ehtimal artıq reallığa çevrilib:

“Biz bu həftə iyunda İran İslam Respublikası və onların göndərmə xəttləri ilə i aparan kommersiya qurumlarına sanksiya tətbiq edəcəyimizə dair vədimizi yerinə yetirdik. Artıq altı qurum və iki şəxs müəyyən edilərək, onlara sanksiya tətbqi olunub. Bu, bu şirkətlə iş görən hər kəsə xəbərdarlıqdır,” o deyib.

Həmin altı qurum Reach Holding Group (Shanghai) Company Ltd; Reach Shipping Lines; Delight Shipping Co. Ltd; Gracious Shipping Co. Ltd; Noble Shipping Co.Ltd; and Supreme Shipping Co. Ltd. şirkətləridir.

Sanksiya tətbiq edilən iki şəxs isə Reach Holding Group (Shanghai) Co. Ltd -nın əlaqələr üzrə baş icraçı direktoru Erik Çen və şirkətin prezidenti Daniel Hedir.

Bu yeni sanksiyalar BMT-nin İrana qarşı bütün sanksiyaları, o cümlədən silah embarqosu bərpa ediləndən bir ay sonra tətbiq olunub. BMT sanksiyaları ABŞ-ın Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsini bərpa etməsi nəticəsində tətbiq edib.

Dövlət katibi Pompeo qeyd edib ki, bu addımdan sonra “ Birləşmiş Ştatlar İrana və ya İrandan ənəvi silahların təchizatı, satışı və ya transferinə maddi yardım edən hər bir şəxs və quruma sanksiya tətbiq etmək üçün daxili hüquq-mühafizə orqanlarından istifadə etməyə hazırdır.”

Pompeo deyib ki, ABŞ-ın mesajı sadədir:

“Birləşmiş Ştatlar dünyada terrora ən çox sponsorluq edən ölkənin təyyarələr, tanklar, raketlər və başqa ənənəvi silahları rahat alıb-satmasına heç vaxt icazə verməyəcək.”

İran həmçinin yenidən balistik raketləri sınaqdan keçirdiyinə və nüvə silahl proqramından sitifadə oluna bilən uranı zənginləşdirmək kimi nüvə fəaliyyətlərini davam etdirdiyinə görə sanksiyalarla üzləşir.

Dövlət katibi Pompeo bu yaxınlarda açıqlamasında İran rejiminin qarşısında seçimin olduğunu bəyan edib: “rejim, BMT-nin sanksiya tədbirlərinə zidd olaraq silah almağa davam edə və yaxud həmin vəsaitlərdən İran xalqı üçün istifadə edə bilər. Biz İran xalqını tiraniya, ehtiyatlarının boş yerə sərf edilməsi və rejimin onların azadlıq uğrunda mübarizələrini dəf etmək səylərinə qarşı dəstəkləyirik.”

XS
SM
MD
LG