Accessibility links

Breaking News

ABŞ ilə Rusiya arasındakı məsələlər


Prezident Co Bayden deyib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bir çox məsələ Rusiya ilə Birləşmiş Ştatlar arasında “sabit və gözlənilən” münasibət qurmaq məqsədilə müzakirə olunub.

Onlardan biri strateji sabitlik, o cümlədən silahlara nəzarət olub. Prezident Bayden mətbuat konfransı zamanı Rusiyanın Birləşmiş Ştatlara qoşularaq Strateji Sabitlik Dialoqu başlatmaq qərarını alqışlayıb. Birləşmiş Ştatlar və Rusiya bu Dialoq vasitəsilə gələcək silahlara nəzarət və risk azaltma tədbirləri üçün zəmin yaratmaq niyyətindədir.

Geniş müzakirə olunan bir digər məsələ Rusiya Xarici Kəşfiyyat Xidməti tərəfindən dünya boyu yüzlərlə kompyuterə hücumla nəticələnən SolarWinds hücumundan, habelə Rusiyadan gələn bir sıra fidyə proqramı hücumlarından sonra aktuallıq qazanan kibertəhlükəsizlik olub. Prezident Bayden deyib ki, “Biz hər iki ölkədə ekspertlərə “kiber müdaxilə sahəsində” qadağan olunan şeylər barədə konkret anlayışlar üzərində çalışmaları və mənbəyi bizim ölkələrimizin hər hansında olan konkret halları araşdırmaları üçün tapşırıq verməyə razılaşdıq.”

Birləşmiş Ştatlar və Ruisyanın əziyyət çəkən milyonlarla suriyalıya davamlı humanitar yardım axını təmin etməyin vacibliyi, habelə Ruisya və Birləşmiş Ştatların Əfqanıstanda terrorun yaranmasının qarşısını almaq üçün verə biləcəkləri töhfələr müzakirə olunub. Bununla yanaşı həmçinin İran rejiminin heç vaxt nüvə silahları əldə etməməsini təmin etməyin vacibliyinə də diqqət yetirilib.

Prezident Bayden Prezident Putinlə çətin məsələləri müzakirə edib, o cümlədən “Birləşmiş Ştatların Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaq sadiqliyini” ifadə edib.

O həmçinin Prezident Putinə deyib ki, “insan haqları hər zaman masada olacaq.”

Prezident Bayden həbsdə olan müxalifət lideri Aleksey Navalnı məsələsini də qaldırıb və müxbirlərə deyib ki, o, Prezident Putinə açıq bildirib ki, əgər Navalnı həbsdə ölsə “bunun Rusiya üçün viranedici nəticələri olacaq.” O həmçinin Kremlin ABŞ-ın yayım şəbəkəsi olan Azadlıq Radiosunu təqib etməsini də müzakirə edib və Prezident Putinə “azad mətbuat və söz azadlığının vacibliyini” vurğulayıb.

Prezident Bayden deyib ki, iki saat davam edən sammitin tonu “müsbət” olub. O deyib ki, o, ölkənin ortaq maraqlarını irəlilədə və dünyaya fayda verə biləcəkləri sahələri müəyyən ediblər, Bİrləşmiş Ştatların həyati maraqları təhdid olunduğunda cavab verəcəyini çatdırıb, və ölkəmizin dəyərlərini vurğulayıb.

“Qabaqda hələ çox iş var. Amma hələ ki, biz Rusiya və Rusiya-ABŞ münasibətləri ilə bağlı davranışlarımız üçün aydın zəmin yaratdıq,” Prezident Bayden deyib.

XS
SM
MD
LG