Accessibility links

Breaking News

ABŞ Mərkəzi Amerika dövlətləri ilə siyasi sığınacaq razılığını dayandırır


Amerika Birləşmiş Ştatları Prezident Co Bayden tərəfindən irəli sürülən daha çox tərəfdaşlıq və iş birliyi yolunda ilk addım olaraq El Salvador, Qvatemala və Honduras hökumətləri ilə Sığınacaq Kooperativ Sazişlərinin ləğvi prosesinə başlayıb.

2019-cu ildə Qvatemala ilə imzalanan müqavilə ABŞ-ın El Salvador və Hondurasdan cənub sərhədlərini keçənlərin sığınacaq almalarından əvvəl Qvatemalaya sığınmağa icazə verirdi.

Oxşar müqavilələr El Salvador və Honduras ilə imzalanmış, lakin heç vaxt həyata keçirilməmişdir.

2 Fevral İcra Sərəncamı miqrasiya səbəblərini aradan qaldırmaq, Şimali və Mərkəzi Amerika boyunca miqrasiyaya nəzarət etmək və sığınacaq axtaranların ABŞ sərhədində təhlükəsiz və nizamlı şəkildə işlənməsini təmin etmək üçün əhatəli bir regional çərçivə yaratmağı hədəfləyir.

Dövlət Katibi Antoni Blinken deyib ki, bu ölçülər ABŞ sərhədinin açıq olduğu demək deyil.

“Burada və bölgədə müdafiə və fürsət üçün qanuni yolların genişləndirilməsinə sadiq olsaq da, ABŞ sərhədləri olan və tətbiqi mühüm olan qanunlar ölkəsidir.”

“Sərhədlərimizə gələnlərin hamısı üçün təhlükəsiz və nizamlı şəkildə işi öz öhdəmizə götürdük, lakin nizamsız miqrasiyaya cəhd edənlər özlərini və ailələrini çox təhlükəli bir səyahət riski altında qoyurlar,” Blinken əlavə edib.

Bayden administrasiyası miqrasiyanı nəzarətdə saxlamaq məqsədi ilə tərəfdaş hökumətlərlə işləmək üçün daha uyğun yolların olduğuna inanır.

Amerika Birləşmiş Ştatları güclü münasibətləri ilə COVID-19 pandemiyasından xilas olmağa çalışan hökumətləri yükləmədən məcburi köçkün probleminin aradan qaldırılması səylərini dəstəkləyəcək.

Blinken deyib: "Bizim yanaşma tərzimiz beynəlxalq humanitar tərəfdaşlar vasitəsi ilə Hərtərəfli Regional Müdafiə və Həllər Çərçivəsi daxilində milli fəaliyyət planlarına dəstək verməyə davam edəcək."

ABŞ korrupsiya və cəzasızlığa qarşı mübarizə, qaçqınları qorumaq öhdəliklərini yerinə yetirmək, bölgədəki insanlar və icmaları fürsət və firavanlığı təşviq etmək üçün tərəfdaşlarla birlikdə işləməyə, məcburi köçkünlük və qeyri-qanuni miqrasiyanın kök səbəblərini aradan qaldırılması öhdəliklərinə sadiqdir.

XS
SM
MD
LG