Birləşmiş Ştatlar Rusiya rəsmilərinin müxalifət lideri Aleksey Navalnını iki il səkkiz ay müddətinə həbs etmək qərarına görə dərindən narahatdır. ABŞ Dövlət Katibi Antoni Blinken bəyanatda bildirib ki, cənab Navalnı hər bir Rusiya vətəndaşı kimi Rusiya konsitusiyasında qeyd olunan haqlara sahibdir. Bundan əlavə Rusiyanının qanun qarşısında bərabarərliyə, ifadə azadlığına və dinc toplaşmaq hüquqlarına hörmək etmək kimi beynəlxalq öhdəliyi var.
Cənab Navalnı hökmündən əvvəl keçirilən məhkəmə zamanı bildirib ki, rəsmilər onu həbs edə bilər, amma “yüzlərlə rus həbs edilə bilməz. Getdikcə daha çox insan bunu dərk edəcək. Onlar bunu dərk etdiyində - ki, bu baş verəcək – o zaman bunların hamısı bitəcək, çünki bütün ölkəni həbs etmək olmaz.”
120 şəhərdən çox on minlərlə Rusiya vətəndaşı son iki həftəsonu müxalifət lideri Aleksey Navalnının həbsinə dinc şəkildə etiraz etmək və onun sərbəst buraxılmasını tələb etmək üçün küçələrə axışıb.
Dövlət katibi Blinken bir daha Rusiya hökümətini cənab Navalnını və son həftələrdə hüquqlarından, o cümlədən ifadə azadlığı və dinc toplaşmaq hüququndan istifadə etdiklərinə görə yanlış yerə həbs olunan yüzlərlə digər Rusiya vətəndaşını dərhal və qeydsiz-şərtsiz azadlığa buraxmağa çağırıb.
Avropa İnsan Hüquqları Məhkəməsi cənab Navalnının 2014-cü ildə məhkum olunmasının və yeni hökmlə bağlı əsaslandırmasının “qanunsuz və ixtiyari” habelə “siyasi motivli” olduğuna dair nəticəyə gəlib. Cənab Navalnının yanvarın 17-də onun saxlanması ilə başlayan məhkəmə prosesi onun hüquqlarını pozmaq, siyasi plüralizmi aradan qaldırmaq səylərinin davamıdır.
“Biz ABŞ maraqlarını irəlilətmək üçün Rusiya ilə işləməyə davam etsək də, Rusiyanı vətəndaşlarının hüquqlarına hörmət etmədiyinə görə cavabdeh tutmaq üçün müttəfiqlərimiz və partnyorlarımızla yaxından koordinasiya etməyə davam edəcəyik,” Dövlət Katibi Blinken deyib.