Accessibility links

Breaking News

ABŞ nikaraqualı şəxslərə və şirkətlərə sanksiya tətbiq edib


Nikaraqua prezidentinin oğlu Huan Karlos Orteqa Murillo.
Nikaraqua prezidentinin oğlu Huan Karlos Orteqa Murillo.

Korrupsiya və repressiya Nikaraqua prezidenti Daniel Orteqa rejiminin əyarlarə hesab olunur. Orteqa və onun çevrəsi Nikaraquada demokratik hakimiyyəti bərpa etmək səylərinə xələl gətirməyə davam edirlər və COVID-19-un nəzarətsiz şəkildə yayılmasına icazə veriblər.

ABŞ səfiri Karlos Truhillo bu yaxınlarda Amerika Dövlətləri Təşkilatının Daimi Şurasında çıxışı zamanı “nikaraqualılar COVID-19 və hökümətin bu xəstəliyə qarşı məsuliyyətli tədbirlər görməməsi kimi yeni təhlükə ilə üzləşirlər ki, bu, demək olar ki, faciəvi və lazımsız həyat itkisinə səbəb olub. Bu, xalqına əhəmiyyət verməyən və təkcə qeyri-müəyyən müddətdə hakimiyyətdə qalmaq istəyən bir hökümətdir,” deyib.

Səfir Truhillo həmçinin bildirib ki, Orteqa höküməti eyni zamanda “həqiqətləri çatdırmaq istəyən müstəqil jurnalistləri və vətəndaş cəmiyyətini susdurmağa” və “pandemiyaya qarşı daha sərt tədbirlərin görülməsini dəstəkləyən səhiyyə işçilərini işdən çıxarmağa” davam edir.

Birləşmiş Ştatlar Orteqa rejiminin korupsiyalaşmış davranışlarına cavab olaraq iyulun 17-də Huan Karlos Orteqa Murillo, Xose Horhe Mehia, Difuso Comunicaciones S.A. və Mundo Digital S.A-ə qarşı əlavə sanksiyalar elan edib.

13851 nömrəli sərəncama əsasən, bu sanksiyalar iki şəxsin və iki şirkətin ABŞ-dakı aktivlərini dondurur və amerikalı şəxslərin onlarla tranzaksiya aparmalarını qadağan edir.

Bu şəxslər və şirkətlər dövlət vəsaitlərini mənimsəyiblər, şənxi mənfəətləri və ya siyasi məqsədlə özəl aktivləri müsadirə ediblər və hökümət müqavilələrində korrupsiya və rüşvətxorluğa əl atıblar. Prezident Daniel Orteqanın və vitse-prezident və birinci xanım Rosario Murillonun oğulları Orteqa Murillo Difuso Comunicaciones S.A. adlı media şirkətini idarə edir. O bu şirkətdən müstəqil səsləri boğmaq, rejimin propaqandasını yaymaq və Orteqaların zorakılıq və repressiyalardan istifadəsinə haqq qazandırmaq məqsədilə istifadə edib. Mojica and Mundo Digital S.A. uzun müddət ərzində həm özlərini zənginləşdirmək həm də rejimdəki tərəfdaşlarının sanksiyalardan yayınlamalarına yardım etmək üçün rejimlə saxtakar sövdələşmələrdən faydalanıb.

Dövlət katibi Mayk Pompeo yazılı bəyanatında bildirib ki, “Birləşmiş Ştatlar Nikaraqua xalqını dəstəkləmək və Orteqa rejiminə Nikaraqua xalqına qarşı repressiyaları dayandırmağa, fundamental vətəndaş azadlıqlarını təmin etməyə və Nikaraquada demokratiyanın bərpası yolunda azad və ədələtli seçkilər üçün mühit yaratmağa təzyiq göstərmək məqsədilə lazımı tədbirləri görməyə davam edəcək.”

XS
SM
MD
LG