Co Baydenin prezident kimi ilk addımları arasında ABŞ-ı iqlim dəyişikliyi ilə əlaqədar Paris Sazişinə qaytaran sərəncam da yer alır. Paris Sazişi Birləşmiş Millətlər Təşkilatının 2015-ci ilin dekabr ayında Parisdə keçirilmiş iqlim konfransı zamanı qəbul edilib, 2016-cı ilin noyabr ayının 4-də qüvvəyə minib.
2021-ci ilin yanvar ayının 25-də Birləşmiş Millətlər Təşkilatı sazişin 190 üzvünün siyahısını hazırlayıb.
Paris Sazişi potensial fəlakət olan qlobal istiləşmənin qarşısını almaq üçün qlobal fəaliyyət çərçivəsi, iqlim təsirlərinə qarşı qlobal dayanıqlıq və artıq yaşanan problemlərin həlliçərçivəsində misilsiz bir sənəddir.
Müqavilə əsrin sonuna qədər 1,5 dərəcədən çox olmamaqla ümumi qlobal istiliyin sənaye öncəsi səviyyəsindən iki dərəcə azaldılmasını qarşıya məqsəd qoyub.
Bir çox alimin proqnozlaşdırdığı kimi iqlim dəyişikliyi dəniz səviyyəsinnin fəlakətli yüksəlişi, fırtına, quraqlıq və meşə yanğınlarını artıra bilər.
Prezident Bayden iqlim dəyişikliyinin administrasiyası üçün əsas prioritet olduğunu açıq şəkildə bildirib.
Paris müqaviləsinə yenidən qoşulmaq Baydenin seçki kampaniyasında verdiyi vədlərdən biri idi.
İnaqurasiya nitqində “yaşamaq fəryadı planetin özündən gəlir. Bu fəryad heç vaxt olmayan ümidsiz və ya daha aydın olan bir fəryaddır” - deyə, Bayden bildirmişdi.
Ağ Evin mətbuat katibi Cen Psaki Paris Sazişinə yenidən qoşulmağın Prezident Baydenin “dünyadakı ortaqlıqlarımızı və ittifaqlarımızı yenidən qurmaq və Amerikanın qlobal masadakı yerini bərpa etmək” üçün geniş prioritetinin bir hissəsi olduğunu deyib.
O, əlavə edib ki, Bayden Paris İqlim Sazişinə yenidən qoşulmaq, Ümumdünya Səhiyyə Təşkilatına qoşulmaqla tərəfdaşları və müttəfiqləri ilə əlaqə qurmaq və dünyada qarşılaşdığımız bir çox təhdid və problemi həll etmək üçün birlikdə çalışmağı planlaşdırır.
Prezident Bayden iqlim problemlərinin vəziyyət otağına da (Ağ Evin konfrans zalı) daxil edilməsi ilə yanaşı, hər masada təmsil olunmasını təmin etmək üçün keçmiş Dövlət Katibi Con Kerrini İqlim üzrə Xüsusi Prezident Elçisi təyin edib.
O, ABŞ-ın iqlim sahəsində liderliyini yenidən təsdiqləmək və qorxunc iqlim problemlərini qarşılamaq üçün ABŞ-ın diplomatik səylərinə rəhbərlik edəcək.
Fransa Prezidenti Emmanuel Makron da daxil olmaqla, beynəlxalq ictimaiyyət ABŞ-ın yenidən Paris Sazişində qoşulmasını alqışlayıb.
"Biz bir yerdəyik. Dövrün çətinliklərinə qarşı daha güclü olacağıq. Gələcəyimizi qurmaq daha güclü. Planetimizi qorumaq üçün daha güclü" , "Paris Sazişinə xoş gəlmisiniz!" Makron Twitterdə yazıb.