Accessibility links

Breaking News

ABŞ qaçqın qəbulu proqramını genişləndirir


ABŞ mühacirlər ölkəsidir. Dünyanın hər yerindən insanlar həyatlarını dəyişdirmək imkanı əldə etmək üçün Amerikaya üz tutub. Bəziləri iqtisadi çətinliklərdən, zülmdən yaxa qurtarmaq və ya təqiblərdən sığınmağa gəlib. Hər bir etnik və dinə mənsub olan mühacirlər Birləşmiş Ştatların inkişafına əhəmiyyətli töhfə verib.

Son illər ABŞ immiqrasiya və qaçqın qəbulu sisteminin işini dəyişdirib və Birləşmiş Ştatlarda məskunlaşmağa icazə verilən qaçqınların və digər immiqrantların sayını ciddi şəkildə məhdudlaşdırmışdı.

Prezident Bayden isə 2022-ci maliyyə ili üçün qaçqınların qəbul sayını 125 000-ə çatdıran Qaçqınların Qəbulu üzrə Prezident Qərarını çıxarması da daxil olmaqla, daha çox sayda qaçqının köçürülmə imkanlarını genişləndirməyə çalışır.

Dövlət katibi Antoni Blinken yazılı açıqlamada bildirib ki, Birləşmiş Ştatlar qaçqınların məskunlaşdırılması da daxil olmaqla, beynəlxalq humanitar məsələlərə cavabda qlobal liderdir və bundan sonra da olacaq.

“Biz təqiblərdən qaçanlara ümid və təhlükəsiz sığınacaq təklif etmək kimi uzunmüddətli ənənəmizə uyğun olaraq ABŞ Qaçqınların Qəbulu Proqramımızı yenidən qurmağa sadiqik. Biz qaçqınlarla bağlı qəbul sistemlərimizi gücləndirməklə, köçürmələr üzrə tərəfdaşlarımızın potensialını artırmaq üçün yerli və ştat səviyyələrində yeni maliyyələşdirməni təmin etməklə və sponsorluq proqramlarını genişləndirməklə proqramın infrastrukturunu yenidən qurmaq üçün əzmlə çalışırıq. Bir dövlət kimi tariximizdə 3,1 milyondan çox qaçqını məskunlaşdırmışıq və indi Birləşmiş Ştatlarda əvvəllər risk altında olan on minlərlə əfqanı təhlükəsiz şəkildə qarşılama prosesindəyik. Biz qaçqınların Birləşmiş Ştatlardakı icmalara bəxş etdikləri böyük sosial, iqtisadi və mədəni töhfələri tanıyırıq və inteqrasiyanı təmin etməklə və milli təhlükəsizlik maraqlarımızı qorumaqla ABŞ-ın Qaçqınların Qəbulu Proqramını yenidən qurmağa sadiqik” - deyə, Blinken bildirib.

“Qaçqın qəbulu proqramını möhkəmləndirmək, təhlükəsiz, nizamlı və humanist miqrasiya sistemini bərpa etmək Prezidentin öhdəliyinin təməl daşıdır”, Dövlət katibi əlavə edib

XS
SM
MD
LG