Birləşmiş Ştatlar heç vaxt Beynəlxaq Cinayət Məhkəməsinin yaranmasına gətirib çıxaran Roma Statusunu təsdiqləməyib və dövlət katibi Mayk Pompeonun da bəyan etdiyi kimi “Biz məhkəmənin amerikalıları öz yurisdiksiyasına tabe etmək kimi qanunsuz cəhdlərinə dözməyəcəyik.”
Amerikanın suverenliyini müdafiə etmək və ABŞ personalını ədalətsiz və qanunsuz mühakimədən qorumaq üçün Birləşmiş Ştatlar Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Fatu Bensuda və onun rəhbərlik komandasının əsas üzve Fakiso Moçoçokoya iqtisadi sansksiyalar tətbiq edib.
ABŞ-ın Qlobal Cinayət Mühakiməsi üzrə səfiri Mors Tan bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi ilkin missiyasından uzaqlaşıb. Kütləvi vəhşilik törədənləri məsuliyyətə cəlb edən milli ədliyyə sistemlərini tamamlamaq əvəzinə Beynəlxalq Cinayət Məhkəməsi ABŞ personalının və bizim müttəfiqlərimizin siyasi motivli sorğular və istintaqlar başladıb:
“Beynəlxalq Cinayət Məhkəməsi etməli olduğu kimi fəaliyyət göstərməyib. O, son çarə məhkəməsi olmalıdır. Biz artıq bizim personalımızla bağlı istintaqları həll etmidik. Bizim dünyanın model kimi gördüyü və qibtə etdiyi ən geniş ədliyyə sistemimiz var. Və açıqcası bizim onu tək başımıza idarə edə bilməyəcəyimizə dair düşüncə gülməlidir.”
Səfir Tan deyib ki, Əfqanıstandakı ABŞ personalına qarşı istintaq daxil olmaqla Beynəlxalq Cinayət Məhkəməsinin başlatdığı siyasi istintaqlar ədaləti inkişaf etdirmək əvəzinə ona xələl gətirir.
“Məhkəmə bunu etməməlidir. O, bpyük ölçüdə, hətta ən sadiq tərəfdarlarının fikrincə səmərəsiz və qeyri-effektiv olub. Məhkəmə Roma Statusundakı ciddi cinayətlərlə bağlı toplam dörd qərarı var, onlardan biri ilə bağlı ilə apellyasiya şikayəti edilib. ABŞ bu yolda bu məhkəmədən daha çox iş görüb.”
Beynəlxalq Cinayət Məhkəməsi sisteminin qalan bütövlüyünü qoruyub saxlamaq üçün əhəmiyyətli islahatlar və Birləşmiş Ştatlara müvafiq yerlərdə Məhkəmə ilə əməkdaşlıq etməyə icazə vermək gərəklidir. Amma Səfir Tanın va vurğulayıb ki, bunlar baş verənə qədər Prezident və Dövlət katibi ABŞ personalının arxasında dayanmağa və onları ədalətə ayırdığı diqqəti itirən qurum qarşısına çxarılmaaqdan qorumaq qətiyyətindədir.