Accessibility links

Breaking News

ABŞ Robert Levinsona görə iki İran rəsmisinə sanksiya tətbiq edib


Birləşmiş Ştatlar İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin iki yüksək səviyyəli rəsmisinə ABŞ tarixində ən uzun müddət girov saxlanılan Federal Təhqiqat Bürosunun (FBI) sabiq agenti Robert Levinsonun oğurlanıb, həbs olunub, və mümkündür öldürülməsinə görə cavabdeh olduğuna görə sanksiya tətbiq edib.

Robert Levinson 2007-ci ildə İranın Kiş Adasına səfəri zamanı qaçırılıb. Cənab Levinsonun şəkilləri və olmayan xilas edilməsini istədiyi videosu 2011 və 2010-cu illərdə ailəsinə göndərilib. İran höküməti onun başına gələnləri müəyyən etmək üçün yardım çağırışlarına cavab olaraq Levinsonun harada olduğunu bilmədiyini bildirib.

İndi Birləşmiş Ştatlar İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin iki rəsmisi, Məhəmməd Baseri və Əhməd Xəzaini onun qaçırılması, həbsi və mümkün ölümünə görə cavabdeh tutur.

“Aydındır ki, İranın iki yüksək səviyyəli rəsmisi təkcə cənab Levinsonun yoxa çıxmasına görə cavabdeh deyillər, onlar həmçinin hərtərəfli dezinformasiya kampaniyası vasitəsilə əlaqələrinin olduğunu gizlətmək üçün bilərəkdən tədbirlər görüblər,” Ağ Ev yazılə bəyanatında bildirib. “Birləşmiş Ştatlar hökuməti bu açıqlama ilə İran hökumətini cavabdeh tutmaq üçün ilk dəfə ictiami tədbirlər görür…İstintaq davam etdiyi müddətdə Birləşmiş Ştatlar israrla əlaqəsi olan bütün digər insanları təqib edəcək.”

Məhəmməd Baseri və Əhməd Xəzaiyə ABŞ Maliyyə Departamenti tərəfindən sanksiya tətbiq edilməsi o deməkdir ki, bu kişilərin Birləşmiş Ştatlardakı əmlaklarına blok qoyulur, heç bir amerikalı onlarla biznes apara bilməz və onlarla əhəmiyyətli tranzaksiyaları aparan xarici maliyyə qurumlarına da sanksiya tətbiq olunacaq.

Dövlət katibi Mayk Pompeo bildirib ki, İran rejimi siyasi üstünlük əldə etmək üçün xariciləri və ikili vətəndaşlığı olanları oğurlayıb, həbs etmək kimi 42 illk tarixə sahibdir. “Biz ABŞ vətəndaşlarına və ikili vətəndaşlara bir daha xəbərdarlıq edirik ki, İrana səfər etmək onların təhlükəsizliyinə hədə ola bilər,” o, bəyanatda bildirib.

Cənab Levinsonun oğurlanması, həbsi və mümkündür ölümü rejimin insan həyatına qarşı rəhmsiz laqedliyinin dəhşətli nümunəsidir,” dövlət katibi Pompeo bəyan edib. “Biz İran rejimini cənab Levinsonun qibəti ilə bağlı tam məlumatları paylaşmağa çağırırıq və İran tərəfindən yanlış yerə həbs edilən bütünü amerikalılar evlərinə geri dönməyənədək dincəlməyəcəyik.”

XS
SM
MD
LG