Accessibility links

Breaking News

ABŞ sabit və dinc İraqa sadiq qalır


“Birləşmiş Ştatlar təhlükəsiz, sabit və suveren İraqa nail olmaq üçün uzunmüddətli, bütöv hökumət tərəfdaşlığımızı gücləndirmək və dərinləşdirmək üçün İraq hökuməti ilə işləməyə sadiqdir,” ABŞ-ın BMT-də xüsusi siyasi məsələlər üzrə alternativ nümayəndəsi səfir Robert Vud deyib.

Səfir Vud deyib ki, təəssüf ki, İranla əlaqəsi olan yarı-hərbi qruplaşmalar İraqın yeddi il öncə İŞİD-in məğlubiyyətindən sonra çətin mübarizə ilə qazandığı nailiyyətlərinə xələl gətirmək təhlükəsi yaradır.

“2023-cü ilin oktyabrından bəri bu qruplar İraq, Suriya və İordaniyada ABŞ və Koalisiya qüvvələrinə 165 dəfədən çox hücum edib. Təəssüf ki, İrana yaxın qruplaşmalar yanvarın 28-də İŞİD-ə qarşı mübarizədə iştirak etmək üçün İordaniyada yerləşdirilən ABŞ qüvvələrinə hücumu nəticəsində üç ABŞ əsgəri həlak olub, onlarlası yaralanıb,” o deyib. “Bu itki dəhşətlidir. Bu qəbuledilməzdir. Bu cür hücumlar davam edə bilməz.”

Səfir Vude deyib ki, İraq bazalarında ABŞ və Koalisiya qüvvələrinə bir çox bənzər hücumlar tələfatlarla, o cümlədən İŞİD-ə qarşı ortaq mübarizəyə rəhbərlik edən iraqlı tərəfdaşlar arasında tələfatlarla nəticələnib.

“Dövlətin nəzarətindən kənarda fəaliyyət göstərən silahlı qruplaşmalar İraq hökumətinin səlahiyyəti və İraq xalqı üçün böyük bir problem təşkil edir və iraqlıların əldə etmək üçün çox mübarizə apardıqları sabitliyi pozmaqla hədələyir.”

Səfir Vudun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının İraqa Dəstək Missiyasının (UNAMI)hələ də görməli olduğu vacib işlər var. (UNAMI)

“UNAMI artıq seçkilər, insan hüquqlarının təşviqi və qorunması, iqlim dəyişikliyi ilə mübarizə və idarəetmə islahatları da daxil olmaqla bir sıra sosial və iqtisadi problemlərə əvəzsiz yardım göstərib. Diqqətçəkən məqam: İraqda dekabrın 18-də əyalət şurası seçkiləri keçirildi, bu seçkilər qismən UNAMI tərəfindən təlim keçmiş seçki işçiləri və seçki məntəqələrində mövcud avadanlıqlar sayəsində nizamlı və dinc keçdi.”

ABŞ UNAMI-ni İraqın Müstəqil Ali Seçki Komissiyasına bu bahar İraqın Kürdüstan regionunda keçiriləcək parlament seçkilərinə gecikmədən hazırlanmağa kömək etməyə çağırır. ABŞ həmçinin UNAMI-nin İraq hökumətinin insan hüquqlarını qorumaq və pozuntulara görə cəzasızlığa qarşı mübarizə aparmaq səylərini dəstəkləməyə çağırır.

Birləşmiş Ştatlar regiondakı tərəfdaşı olaraq raq hökuməti ilə sabitlik və sülh yolund işləməyə davam etməyi səbirsizliklə gözləyir.

XS
SM
MD
LG