Accessibility links

Breaking News

ABŞ Türkiyənin Müdafiə Sənayesi Rəhbərliyinə sanksiya tətbiq edir


Birləşmiş Ştatlar Türkiyə hökumətinin Müdafiə Sənayeləri Rəhbərliyinə (SSB) Rusiyanın əsas silah ixracı qurumu olan Rosoboroneksportdan S-400 raket sistemini aldığına görə sanksiya tətbiq edir. Sanksiyalara ABŞ-ın SSB-yə bütün ixrac lisenizyaları və icazələrinə qadağa və SSB-nin prezidenti Dr. İsmail Demir və qurumun digər üç rəsmisinin aktivlərinin dondurulması və viza məhdudiyyətlərinin tətbiqi daxildir.

Bu sanksiyalar Türkiyənin və ya ABŞ-ən hər hansı başq abir müttəfiqi və ya tərəfdaşının hərbi imkanları və ya döyüşə hazırlılığına xələl gətirmək məqsədi daşımır. Əvəzində bunların məqsədi genişmiqyaslı pis niyyətli fəaliyyətlərinə görə Rusiyaya bədəl ödətməkdir.

Birləşmiş Ştatlar Türkiyəyə S-400 sistemlərini almasının ABŞ-ın hərbi texnologiyasına və personalına təhlükə törədəcəyini və Rusiyanın müdafiə sektoruna əhəmiyyətli maliyyə, eyni zamanda Rusiyanın Türkiyənin silahlı qüvvələrinə və müdafiə sənayesinə çıxışla təmin edəcəyini açıq şəkildə bildirib. Türkiyə isə müdafiə ehtiyaclarını qarşılayan NATO ilə uyğun olan sistemlərin olmasına baxmayaraq S-400-ləri aldı. Bu qərar Türkiyənin qlobal F-35 Ortaq Döyüş Təyyarəsi tərəfdaşlığından uzaqlaşdırılması və çıxarılmasının gözlənməsi ilə nəticələndi.

Bu sanksiyalar Birləşmiş Ştatların Rusiyanın müdafiə və kəşfiyyat sektoru ilə əhəmiyyətli alış-verişləri xoş qarşılamayacağına dair açıq işarədir.

Dövlət katibi Mayk Pompeo yazılı bəyanatında Türkiyəni “S-400 problemini Birləşmiş Ştatlarla koordinasiya edərək dərhal həll etməyə çağırıb. Türkiyə ABŞ-ın dəyərli müttəfiqi və mühüm regional təhlükəsizlik tərəfdaşıdır və biz Türkiyənin S-400-ə sahib olmasının yaratdığı əngəli mümkün qədər tez bir zamanda aradan qaldırmaqla müdafiə sektorunda onillərdir davam edən səmərəli əməkdaşlığı davam etdirmək istəyirik.”

XS
SM
MD
LG