ABŞ Dövlət katibi vəzifəsində ilk səfərlərindən birində Antoni Blinken Birləşmiş Ştatların Ukraynanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə olan sadiqliyini təsdiq etmək üçün Kyivdə Ukraynanın yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşüb.
Dövlət katibi Blinken Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib: “Bu ölkənin bütün insnları üçün firavan və demokratik bir gələcək təmin etmək üçün sizi dəstəkləməkdən qürur duyuruq.”
May ayının əvvəli baş tutan səfər Rusiyanın 2014-cü ildə Krımı ilhaq etmək cəhdindən sonra Rusiyanın iki ölkə arasında sərhəddə ən çox sayda hərbi qüvvə yerləşdirməsinin ardınca edilib. Son yeddi ildə münaqişə Ukraynanın şərqində Rusiyanın başçılıq etdiyi qüvvələr və Ukrayna hərbi qüvvələri arasında gedən döyüşlər də daxil olmaqla 13 mindən çox ukraynalıın ölümü ilə nəticələnib.
Rusiyanın bəzi qoşunları bu yaxınlarda sərhəddən çıxarılsa da, ağır hərbi texnika və Rusiya hərbi qüvvələrinin əhəmiyyətli bir hissəsi orada qalır. “Biz vəziyyəti çox yaxından izləyirik”, Dövlət katibi Blinken bildirib. O, Prezident Zelenski ilə birlikdə ABŞ-ın Ukraynanın təhlükəsizliyi və müdafiəsini gücləndirmək üçün verdiyi və bundan sonra da verəcəyi dəstəyi müzakirə etdiklərini qeyd edib. Dövlət katibi Blinken ABŞ-ın “təhlükəsizlik sahəsində əməkdaşlığımızı və Ukraynaya təhlükəsizlik yardımımızı daha da gücləndirməyə çalışdığını” deyib.
Dövlət katibi Blinken xaricdən Rusiya tərəfindən təhlükə ilə yanaşı Ukraynanın daxildə korrupsiya təhdidi ilə də üzləşdiyini açıq şəkildə bildirib. Dövlət katibi Blinken televiziya ilə yaymlanan müsahibədə korrupsiyanın Ukrayna demokratiyasını “dağıtdığını” deyib və və “Ukrayna xalqının mənafeyi deyil, öz maraqlarını irəli aparan oliqarxları” qınayıb. O, islahatlar proqramının qəbul edilməsi üçün atdıqları mühüm qanunvericilik addımlarına yüksək qiymət verib, lakin korporativ idarəetmə, məhkəmə islahatı və korrupsiyaya qarşı mübarizədə həqiqətən müstəqil bir şuranın yaradılması sahələrində daha çox irəliləyişə ehtiyac olduğunu qeyd edib. O bu addımların hökumətin xalqın mənafeyi üçün işlədiyindən əmin olmaq üçün çox vacib olduğunu deyib.
Dövlət katibi Blinken ABŞ-ın korrupsiyaya və Rusiyanın sabitliyin pozulmasına yönəlmiş hərəkətlərinə qarşı eyni səbəbdən çıxdığını deyib: bunların hər ikisi “Ukrayna xalqından haqlı olaraq ona aid olan öz ölkələrinin gələcəyi haqda qərar vermək hüququnu əlindən almağa çalışır”.
Dövlət katibi Blinken ABŞ-ın Ukrayna xalqı üçün demokratik gələcəyin təmin edilməsi üçün Ukrayna ilə dostluq və tərəfdaşlığı dərindən qiymətləndirdiyini və qarşıdakı illərdə bu tərəfdaşlığın daha da gücləndirilməsinə ümid etdiyini vurğulayıb.