Accessibility links

Breaking News

ABŞ universitet kampuslarını Çin Kommunist Partiyasına qarşı qoruyur


“Azad dünyanın Çinin bu gün hansı trayektoriyada olduğunu anlaması uzun vaxt alıb,” dövlət katibi Mayk Pompeo Corciya Texnologiya İnstitutunda çıxışı zamanı bildirib.

Bir çoxları uzun zaman düşünürdü ki, Çinlə ticarət və iş aparmaqla Çin Kommunist Partiyası nəhayət ki, iqtisadi və siyasi azadlıqları təmin edəcək və dünya boyui azadlığa daha az risk təşkil edəcək. Dövlət katibi Pompeo:

“ Lakin bunun əvəzinə çinli kommunistlər bunun yaratdığı var-dövlətdən hakimiyyətini, Çin xalqı üzərində hakimiyyətini gücləndirmək və dünyaya misli görünməmiş yüksək texnologiyalı zalım dövlət qurmaq üçün istifadə etdi.”

“Çin Kommunist Partiyası bilir ki, heç vaxt Amerikanın yeniliklərinə uyğunlaşa bilməyəcək,” dövlət katibi Pompeo bildirib. Bu səbəblə də Çin Kommunist Partiyası maddi sətək yolu ilə təsir gücünü atırmaq və dəyəli araşdırmaları oğurlamaq məqsədilə xüsusilə də Amerikada universitet kampuslarında fəal olub:

“Çox sayda amerikalı alim, xüsusilə də amerikalı vergiödəyicilərinin maliyyələşdirilən tədqiqar aparan alimlər Çin Kommunist Partiyasının istedadlı insanların işə alınma proqramına cəlb olunublar. Çin Kommunit Partiyası onlara Çin üçün və ya Çində sahələrində tədqiqat aparmaları üçün sərvət ödəyir və çox vaxt onların beyinlərinin gücünün meyvələrindən ordusunu gücləndirmək üçün istifadə edir.”

Çin Kommunist Partiyasının kampuslardakı ən böyük qurbanları Çin vətəndaşlarıdır. Amerika Universitetindəki bəzi çinli tələbələr qorxurlar ki, onlar Amerika universitetlərində oxuduqları zaman Çin Kommunist Partiyasının mübahisəli və ya həssas hesab etdiyi məsələləri açıq şəkildə müzakirə etsələr, vətənlərindəki ailələri sorğu-sual ediləcək.

Dövlət katibi Pompeo həmçinin tədqiqatçıları fırıldaqçılıq və oğurluğa qarşı sayıq olmağa və Çin Kommunist Partiyasının maddi dəstəyini rədd etməyə çağırıb. “Biz bu zalım rejimin [Çin Kommunist Partiyası] bizim [yeniliklərimizi] oğurlamasına, ordusunu gücləndirməsinə və bizim insanlarımızın beyinlərini yumasına və bu əməllərini üst-basdır etmək üçün bizim qurumlarımıza rüşvət verməsinə icazə verə bilmərik,” dövlət katibi Pompeo bəyan edib. O, Amerika universitetlərinin administratorlarını Konfutsi İnstitutlarını bağlamağa və Çin Kommunist Partiyasının dəstəklədiyi tələbə qruplarının kampuslarında gördüyü işləri araşdırmağa çağırıb.

Bundan əlavə amerikalı tələbələr özləri və kampuslardakı çinli həmkarları üçün söz azadlıqlarını cəsarətli şəkildə müdafiə etməlidirlər.

“Universitetlərimizi, bu universtitetlərin üzərində qurulduğu dəyərləri qorumaq üçün azadlıq bayrağını dalğalandırmalıyıq. Bu bizim milli təhlükəsizliyimizə və zamanımızın mərkəzi təhlükəsi olan Çin Kommunist Partiyasından qorumağa yardım edəcək,” Pompeo deyib.

XS
SM
MD
LG