Accessibility links

Breaking News

ABŞ və Avropa Rusiyadan gələn təhlükəyə qarşı birlikdə müqavimət göstərir


Co Bayden
Co Bayden

Sovet İttifaqının 1991-ci ildə süquta uğramasından bəri Birləşmiş Ştatlar və Rusiya kosmosun kəşfi və silahlaral nəzarət kimi müəyyən məsələlərdə ümumi dil tapıblar. Bu yaxınlarda iki ölkə ABŞ və Rusiyanın qitələrarası nüvə silahlarına məhdudiyyət tətbiq edən Yeni START müqaviləsini 5 il müddətinə uzadıblar. Lakin Rusiya ilə iş əlaqəsinin olması o demək deyil ki, biz Rusiyanın Birləşmiş Ştatlara və onun müttəfiqlərinə törətdiyi təhlükələrə göz yumuruq.

Fevralın 19-da virtual keçirilən Münhen Təhlükəsilik Konfransında çıxış edən Prezidet Bayden deyib ki, Birləşmiş Ştatlar və Avropa Rusiyadan gələn təhlükələrə qarşı çıxmalıdır:

“Kreml bizim demokratiyalarımıza hücum edir və bizim idarəçilik sistemimizə xələl gətirmək üçün korrupsiyanı silah kimi istifadə edir. Rusiya liderləri insanların bizim sistemin onlarındakı qədər və ya daha rüşvətxor olduğunu düşənmələrini istəyir. Amma bütün dünya, o cümlədən ruslar, Rusiyanın öz vətəndaşları bunun doğru olmadığını bilir.”

Rusiya Prezidenti Putin “Avropa layihəsini və bizim NATO alyansımızı zəiflətməyə çalışır,” Bayden deyib:

“Buna görə də, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdaifə etmək Avropa və Birləşmiş Ştatlar üçün həyati narahatlıq olaraq qalır. Bu səbəblə də Rusiyanın ehtiyatsızlığı və Birləşmiş Ştatlar, Avropa və dünya boyu kompyuter şəbəkələrinə xaker hücumu etməsi ilə bağlı tədbirlər görmək bizim ortaq təhlükəsizliyimizi qorumaq üçün mühümdür.”

“Bunun Şərqlə Qərbi qarşı-qarşıya gətirmək və ya münaqişə yaratmaq istəməklə əlaqəsi yoxdur,” Prezident Bayden deyib.

“Biz bütün xalqların zorakılıq və ya məcburiyyət təhlükəsi olmadan azad şəkildə öz yollarını müəyyən edə biləcəkləri bir gələcək istəyirik. Biz Soyuq Müharibə dövründə mövcud olan ziddiyyət və sərtliyə qayıda bilmərik, qayıtmamalıyıq. Rəqabət bizim hamımıza təsir göstərən məsələlərdə əməkdaşlığın qarşısını almamalıdır.”

“Biz demokratik dəyərləri müdafiə etməliyik və repressiyanı normallaşdıran və inhisarlaşdıranlara müqavimət göstərməliyik,” Prezident Bayden deyib.

XS
SM
MD
LG