Accessibility links

Breaking News

ABŞ vətəndaşının xilası əməliyyatı ölkənin öz vətəndaşları qarşısında öhdəliyini nümayiş etdirir


ABŞ xüsusi qüvvələri girovları xilasetmə əməliyyatını məşq edir. Diffa, Niger. 4 mart, 2014.
ABŞ xüsusi qüvvələri girovları xilasetmə əməliyyatını məşq edir. Diffa, Niger. 4 mart, 2014.

ABŞ Xüsusi Qüvvələri bu yaxınlarda Nigeriyada girov saxlanılan Amerika vətəndaşını uğurla xilas ediblər. Bu, Birləşmiş Ştatların dünyanın hər yerində öz vətəndaşlarını qorumaq üçün üzərinə götürdüyü öhdəliyin gücünü əks etdirir.

Əməliyyat nəticəsində öz ailəsi ilə birgə qonşu Nigerdə yaşayan 27 yaşlı fermer azad edilib.Onu öz fermasından oğurlayaraq girov götürmüş şəxslər onun atasından pul tələb edirdilər. Birləşmiş Ştatlar həm Nigeriya həm də Niger hökumətləri ilə birgə işləyərək xilasın cəld və hərbi itkisiz baş tutmasına nail olub.

“Biz bu əməliyyatda bizə dəstək vermiş beynəlxalq tərəfdaşlarımıza minnətdarıq,” Penatoqun baş sözçüsü Conatan Hoffman bildirib. “Birləşmiş Ştatlar hökuməti dünyanın istənilən yerində öz insanlarımızı və maraqlarımızı qorumaqda davam edəcək.”

ABŞ Prezidenti Donald Tramp müxbirlərə şərhində əməliyyatda iştirak etmiş hərbi qulluqçuları alqışlayıb.

“Mən xüsusi qüvvələrə təşəkkür etmək istəyirəm… Bu böyük bir hadisə idi… Bu, edilməli idi, çünki onlar Amerka vətəndaşları ilə oynayırdılar. Biz buna imkan verə bilmərik.”

Milli Əks-Terrorizm Mərkəzinin Direktoru Kris Miller Tvitterdə həmin sentimenti əks etdirib. “Bu, hər yerdə bütün kriminal və terroristlərlə əlaqəli qruplara aydın mesajdır ki, Birləşmiş Ştatlar Hökumətinin əli çatdıqğı məkan hüdudsuzdur və biz əlimizdə olan bütün imkanladan istifadə edəcəyik ki, vətəndaşlarımızı evlərinə qaytaraq.”

“Birləşmiş Ştatlar girov götürülmüş bütün ABŞ vətəndaşlarının salamat qayıdışına öhdəlik götürüb,” ABŞ Dövlət Katibi Mayk Pompeo yaydığı bəyanatda bildirib. “Hərbi qüvvələrimzin qeyri-adi cəsarətin və şücaəti, kəşfiyyatçı peşəkarlarımızın dəstəyi və diplomatik səylərimiz sayəsində girov öz ailəsinə qovuşacaq. Biz heç vaxt girov götürülmüş heç bir amerikalını arxada qoymayacağıq.”

XS
SM
MD
LG