Vyetnam konstitusiyası ifadə və mətbuat azadlığını təmin edir. Ancaq ABŞ Dövlət Departamentinin Vyetnamdakı insan haqları ilə bağlı ən son hesabatında bildirildiyi kimi “Əslində hökumət bu hüquqlara hörmət etməyib. Hökumət həmçinin ifadə azadlığını məhdudlaşdırmaq üçün milli təhlükəsizlik və diffamasiya əleyhinə müddəlardan istidadə etməyə davam edib.” Əlavə olaraq hesabatda bildirilib ki, “Qanun “ dövlətin maraqlarını və ya təşkilatlar və şəxslərin hüquqi haqları və maraqlarını pozmaq üçün demokratik azadlqlardan və hüquqlardan sui-istifadəni açıq şəkildə qadağan edir.”
Jurnalistlərin Müdafiə Komitəsi həbsxanadakı ən son siyahıyaalmasında 2020-ci ilin 1 dekabrına olan məlumata əsasən, Vyetnamda azı 15 jurnalistin gördüyü işə görə həbsdə olduğunu aşkar edib. Bu da Vyetnamı Asiyada jurnlistləri ən çox həbs edən ikinci ölkə edir.
Bu trend 2021-ci ilə qədər davam edib. Oktyabrın 8-də Vyetnam məhkəməsi Bao Sach və ya Clean Journalism (Təmiz Jurnalistika) qrupu ilə əlaqəsi olan beş jurnalisti Cinayət Məcəlləsinin 331-ci maddəsi üzrə “demokratik azadlıqları pozmaq” ittihamı ilə bir neçə il həbsə məhkum edib.
Bao Sach qrupunun təsisçisi Truonq Çau Huu Danh dörd il yarım müddətinə həbsə məhkum edilib. Doan Kien Gienq və Le Te Tanq üç il, Vin Fuok Trunq Bao və Vin Tan Nha iki il müddətində azadlıqdan məhrum ediliblər. Bundan əlavə onların hər biri həbs müddətləri bitəndən sonra üç il ərzində jurnalist kimi fəaliyyət göstərmək haqqından məhrum ediliblər.
Dövlət Departamentinin sözçüsü Ned Prays yazılı bəyanatında bildirib ki, Birləşmiş Ştatlar bu ittihamlara görə dərin narahatlıq hissi keçirir. Biz başa düşürük ki, bu jurnalistlər diqqətlərini korrupsiya halları ilə bağlı araşdırmaçı jurnalistikaya yönəldiblər və bu da əlbəttə ki, cinayət deyil. Bu beş məhkum Vyetnamda konstitusiyada yer alan söz və mətbuat azadlığı hüquqlarından istifadə edən jurnalistlər və vətəndaşların həbs olunduğu və məhkum edildiyi nahatedici trendin ən son nümunəsidir.
“Birləşmiş Ştatlar Vyetnam rəsmilərini bu azadlıqları qorumağa, bu beş jurnalisti və ədalətsiz şəkildə həbs olunanları sərbəst buraxmağa və Vyetnamdakı bütün insanların fikirlərini azad şəkildə, qisas qorxusu olmadan ifadə etmələrinə icazə verməyə çağırırıq,” cənayb Prays bildirib. “Biz Vyetnam hökumətini hərəkətlərinin Vyetnam konstitusiyasındakı müddəlar və beynəlxalq öhdəliklərinə uyğun olduğuna əmin olmağa çağırırq”