İki nəsil öncə Birləşmiş Ştatlar və Vyetnam müharibə edirdi. 1960-cı illər və 1970-ci illərin əvvəlində Amerika qüvvələri düşmən qoşunların hərəkətlərini gizləmək üçün istifadə etdiyi cəngəllikləri dağıtmaq üçün milyonlarla litr kimyəvi maddələrdən istifadə etmişdi. Həmin bu kimyəvi maddə Agent Portağal idi. Bu qarışığın tərkibində dioksin var idi və biz o zamandan bəri dioksinin sağlamlığa və ətraf mühitə pis təsir göstərdiyini aşkar etmişik.
Müharibə bitəndən bəri Birləşmiş Ştatlar və Vyetnam düşmənçiliyi geridə qoymaq üçün böyük addımlar atıblar və nəhayət 1995-ci ildə diplomatik münasibət qurublar. İndi iki ölkə arasınd agüclü ticarət və iqtisadi əlaqələr mövcuddur. Onlar elm, texnologiya, təhsil, ətraf mühit, sağlamlıq, müdafiə və təhlükəsizlik kimi sahələrdə və müharibənin iz buraxdığını məsələlərin həlli istiqamətində əməkdaşlıq edirlər.
Ətraf mühitin bərpası və ya Agent Portağal ilə çirkləndirilən ərazilərin təmizlənməsi siyahının başında gəlirdi. Vyetnam hökumətinin tələbi üzərinə ABŞ hökuməti ABŞ-ın Beynəlcalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Da Nanq Hava Limanının müharibə vaxtından qalan dioksindən təmizlənməsini həyata keçirməyə razılaşdı. Həmin layihə 2018-ci ildə başa çatdı.
Növbəti ABŞ-Vyetnam Müharibəsi zamanı dioksinin ən çox istifadə edildiyi Bien Hoa Hava bazasının ərazisi təmizlənməli idi.
USAID-in təxminlərinə əsasən, ümumi bərpa işləri on il ərzində başa çatacaq. Bu ilin noyabr ayının sonunda milli təhlükəsizlik müşaviri Robert O’Brayan elan etdi ki, USAID Bien Hoa Hava Bazasının ərazisinin təmizlənməsinə əlavə 20 milyon dollar ayıracaq və bununla ümumi məbləğ 110 milyon dollardan çoxdur.
“Biz keçmişdə döyüş meydanındakı düşmənlər idik. Amma bu güun bizim təhlükəsizlik sahəsindəki münasibətlər əməkdaşlıqdan ibarətdir,” dövlət katibi Mayk Pompeo bildirib.
“Biz o zamandan bəri keçmişi geridə qoymaq və gələcəyə baxmaq üçün ortaq maraqlar, qarşılıqlı hörmət və cəsarətli qətiyyətimizi artırmışıq.”
Birləşmiş Ştatlar Vyetnam hökuməti ilə müharibənin miras qoyduğu izləri aradan qaldırmaq, eyni zamanda isə iqtisadi, mədəniyyət və təhlükəsizlik əlaqələrini gücləndirməyə davam etdirmək qətiyyətindəyik. USAID-nin Ben Hoa və Da Nanqda dioksini təmizləmək səyləri qarşılıqlı etimad və əməkdaşlıq qurmaq və ABŞ-Vyetnam arasında hərtərəfli əməkdaşlığı dərinləşdirmək üçün çox mühümdür.