Accessibility links

Breaking News

ABŞ və müttəfiqləri Rusiyaya Ukrayna ilə bağlı xəbərdarlıq edib


G-7 ölkələrinin xarici işlər naziləri Rusiyaya xəbərdarlıq edib ki, Ukraynaya qarşı əlavə hərbi təcavüzünün “böyük nəticələri” və “ağır bədəlləri” olacaq.

Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq, Birləşmiş Ştatların baş diplomatları və Avropa İttifaqının Ali Nümayəndəsi birgə bəyanatlarında bildirib ki, onlar “birlikdə Ruisyanın qoşun cəmləşdirməsi və Ukraynana qarşı sərt ritorukasını tənqid edirlər.”

Onlar “Prezident Baydenin 7 dekabrda Prezident Putinlə telefon danışığı zamanı etdiyi kimi Rusiyanı de-eskalasiya etməyə, diplomatik kanallara üz tutmağa və hərbi əməliyyatların şəffaflığına əməl etməyə” çağırıb.

Baydenlə Putin arasındakı telefon danışığından sonra Milli Təhlükəsizlik Müşaviri Ceyk Sallivan deyib ki, Prezident Bayden “Putinə birbaşa deyib ki, əgər Rusiyaya Ukraynaya yenidən hərbi müdaxilə etsə, Birləşmiş Ştatlar və bizim avropalı müttəfiqlərimiz güclü iqtisadi tədbirlərlə cavab verəcək. Biz ukraynalıları indikindən daha çox müdafiə materialları ilə təmin edəcəyik. Və biz şər cinahdakı NATO müttəfiqlərimizi bu cür hərbi müdaxiləyə cavab olaraq əlavə imkanlarla gücləndirəcəyik.”

Milli təhlükəsizlik müşaviri Sallivan deyib ki, Prezident Bayden Prezident Putinə başqa bir yolun olduğunu söyləyib. Bu da de-eskalasiya və diplomatiyadır.

O, Birləşmiş Ştatlar və Avropadakı müttəfiqlərinin Rusiya ilə bizim və Rusiyanın strateji narahatlıqlarını əhatə edəcək müzakirələr aparacağı bir neçə məkan var və NATO-Rusiya Şurası ilə ATƏT onlar arasındadır. Birləşmiş Ştatlar həmçinin Normandiya formatını dəstəkləmək üçün Minsk razılaşmalarının həyata keçirilməsinə kömək etməyə hazırdır.

Dövlət katibi Antoni Blinken NBC News-a müsahibəsində deyib ki, ABŞ-ın müttəfiqləri, o cümlədən Böyük Yeddilərin üzvləri “Rusiyanın təcavüzünə qarşı çıxmaqda, onun qarşısını almaqda eyni dərəcədə qətiyyətlidirlər... Amma Rusiya ehtiyatsız və təcavüzkar hərəkətlər etməyə davam etsə, biz cavab veərəcəyik.”

Dövlət katibi Blinken Birləşmiş Ştatlar və müttəfiqlərinin Ukraynanın suverneliyi və ərazi bütövlüyünə sadiqliyinin qətiyyətli olduğunu vurğulayıb. Ancaq o deyib ki, burada daha böyük bir məsələ var, o da beynəlxalq sistemin əsas qaydalarıdır və onlara əsasən heç bir ölkən başqa bir ölkənin sərhədlərini güclə dəyişə, heç bir ölkə başqa ölkəyə öz seçimlərini diktə edə bilməz…”

“Rusiyanın iddia etdiyi budur və biz bunun cəzasız qalmasına imkan versək, sabitliyi təmin edən, müharibələrin qarşısını alan bütün sistem təhlükə altında olacaq,” Blinken deyib.

XS
SM
MD
LG