Accessibility links

Breaking News

ABŞ COVID-19 pandemiyasına son qoymaq üçün qlobal mübarizəyə liderlik edəcək


COVID-19 pandemiyasını sona çatdırmaq üçün dünya bir araya gəlməlidir. Dövlət Katibi Antoni Blinken buna Amerika Birləşmiş Ştatlarının rəhbərlik edəcəyini deyib:

“Dünyada elə bir ölkə yoxdur bizim edəcəyimizi edə bilsin. Bu, pandemiyaya tam son qoyulması üçün hökumətlər, müəssisələr və beynəlxalq qurumların bir araya gəlməsi deməkdir.

"Bəşəriyyət tarixindəki ən ölümcül bir pandemiyadan yaxa qurtarmaq üçün Amerika liderliyi və Amerika ixtiraçılığının nələr edə biləcəyini bir daha dünyaya göstərə bilərik," Dövlət Katibi əlavə edib.

O deyib ki, ABŞ artıq bəzi vacib addımlar atıb.

“Konqres bu yaxınlarda Amerikanın qlobal COVID-19-a reaksiyası üçün 11 milyard dollardan çox vəsait ayırıb. Geniş və ədalətli peyvəndlənməni dəstəkləyərək həyatları xilas etməklə yanaşı bir neçə yoldan istifadə edəcəyik; COVID-in aclıq kimi ikincil təsirlərini azaltmaq üçün yardım göstərmək; və ölkələrə pandemiyaya hazırlıqlarını artırmağa kömək etmək,” Blinken bildirib.

Dünyanın qlobal sağlamlığın ən böyük donoru olan ABŞ indiyə qədər aşağı və orta gəlirli ölkələri təhlükəsiz və təsirli COVID-19 peyvəndləri təmin edəcək COVAX proqramına $2 milyard dollar ayırıb.

ABŞ digər ölkələrin öz vədlərini yerinə yetirdiyinə görə daha 2 milyard dollar söz verib. Amerika ən yaxın qonşuları Meksika və Kanadaya da peyvənd verib. ABŞ hər yerdə hər kəsin yetərincə vaksinlə təmin edilməsi üçün istehsal və təchizat sahəsində qlobal tərəfdaşlarla işləyəcək.

Dövlət katibi Blinken ABŞ-ın gələcək pandemiya ilə mübarizəyə hazır olmaq üçün lazım olan hər şeyi edəcəyini deyib.

“Bu, ölkələrdən şəffaflıq, məlumat mübadiləsi, giriş barədə öhdəlik götürmələrini tələb edir. Maliyyələşdirmə, yeni artımlar və hesabatlılığa davamlı bir yanaşma lazımdır, belə ki, bütün ölkələr növbəti epidemiyanın qarşısını almaq üçün sürətli bir şəkildə hərəkət edə bilərlər. Nə baş verdiyini öyrənmək üçün bu epidemiyanın mənşəyi ilə bağlı tam və şəffaf araşdırmalaraparmağa davam etdiriləcək."

Bütün bu hədəflərə nail olmaq üçün Blinken Geyl Smiti qlobal COVID-19-a reaksiya və sağlamlıq təhlükəsizliyi üçün koordinator təyin edib.

"Bu çox vacib bir an - böyük düşünmək və cəsarətlə hərəkət etmək zamanıdır. Birləşmiş Ştatlar dünyaya meydan oxuyacaq."

XS
SM
MD
LG