Accessibility links

Breaking News

ABŞ dəhşətli hüquq pozuntularına görə İrana sanskiya tətbiq edir


Navid Əfkari
Navid Əfkari

Bu yaxınlarda Konqres qarşısında ifadə verən İran və Venezuela üzrə xüsusi nümayəndə Elliot Abrams İran rejiminin “ədaləti məsxərəyə qoyması”ndan bəhs edib:

“İranlılar bunu yaxşı bilirlər. Bu yaxınlarda rejim öz xalqına açıq-aşkar qorxu mesajı vermək üçün çempion güləşçi Navif Əfkariyə qəddarcasına işgəncə edib, onu biabırçı şəkildə edam etdi. ABŞ-ın İran xalqını azadlıq və ədalətlə təmin etməyən insanları cavabdeh tutmaq öhdəliyi var.”

Bu məqsədlə Birləşmiş Ştatlar sentyabrın 24-də bir neçə İran rəsmisi və qurumuna, o cümlədən Navid Əfkarinin gizli və tələsik edamı ilə nəticələnən ədalətsiz məhkəmələrə sədrlik edən Şiraz İnqilab Məhkəməsinin hakimi Seyyed Mahmud Sədatiyəvsanksiya tətbiq edib.

Bundan əlavə Məşəd İnqilab Məhkəməsinin hakimi Məhəmməd Soltaniyə də sanksiya tətbiq edilib. Dövlət katibi Mayk Pompeonun dediyinə görə o, “İrandakı bəhailəri dini etqad və ifadə azadlıqları ilə əlaqədar olaraq şübhəli ittihamlarla mühakimə olunmasına görə məsuliyyət daşıyır.”

ABŞ həmçinin kobud insan haqları pozunutuları, o cümlədən işgəncə və qəddar, qeyri-insani və ya alçaldıcı rəftar, dini etiqad, dinc toplaşmaq və ifadə azadlığını pozan Adilabad, Urmiyə və Vəkilabad həbsxanalarına qarşı da sanksiya tətbiq edib.

Dövlət katibi Pompeo deyib ki, “Birləşmiş Ştatlar dünya ölkələri ilə birlikdə Navidin edamına görə kədərlənir və İran rejimini qınayır. Onun qətli şüursuz bir addım idi.” Pompeo bütün digər ölkələri bənzər sanksiyalar tətbiq etməkdlə İranı cavabdeh tutmağa çağırıb.

“Birləşmiş Ştatların gördüyü tədbirlər İranın İnqilab məhkəmələrinin və onların hakimlərinin kim olduqlarını ifşa edir: onlar İran rejiminin qəddar ideologiyasını tətbiq edib, müxalifəti boğmaq üçün alətdirlər...Birləşmiş Ştatlar İran xalqını dəstəkləməyə və rejimin onlara qarşı layiq olduqları hörmət və ləyaqətlə davranmalı olduqlarını tələb etməyə davam edəcək.”

XS
SM
MD
LG