Accessibility links

Breaking News

Amerika Dövlətləri Təşkilatı Nikaraquanın demoktariya uğrunda mübarizəsini dəstəkləyir


Amerika Dövlətləri Təşkilatına (OAS) üzv ölkələrin böyük əksəriyyəti Nikaragua xalqına və onların azad və ədalətli seçki, insan haqlarına hörmət və hesabatlılıq uğrunda mübarizəsinə dəstək verir. Nikaraquadakı Orteqa-Murillo rejimi gündən-günə zülmkarlaşır. Nəticə etibarilə, hazırda dördüncü müddət vəzifədə olan Prezident Daniel Orteqaya qarşı etirazlar artmaqdadır.

Seçkilər 2021-ci ilin noyabrında keçiriləcək və Orteqa indi ona qarşı dura biləcək hər kəsi hədəf alır. Ən son OAS qətnaməsi Orteqa-Murillo rejiminin Nikaraquadakı repressiyasını pisləyir və bu yaxınlarda həbs edilən prezidentliyə dörd namizədin - Kristiana Çamorro, Arturo Kruz, Féliks Maradiaqa və Xuan Sebastian Çamorro və 130-dan çox digər siyasi məhbusun dərhal sərbəst buraxılmasına çağırır.

Siyasi partiyalara və müstəqil mediaya qarşı təzyiqlərə son qoyulmasıda tələb eedilir. Rejimin repressiyası və mənalı seçki islahatının olmaması ardınca noyabrda azad və ədalətli seçkilər üçün şərtlər mövcud deyil. Həbs olunan müxalifət liderlərindən Tamara Davila Orteqa səlahiyyətlilərinə qarşı sanksiyalara dəstəyi vətənə xəyanət kimi qiymətləndirilən yeni bir qanunla əlaqəli günahlandırılaraq nəzarətə alınıb. Xəyanətə ən çox 15 ilə qədər həbs cəzası verilir.

Qərb Yarımkürə İşləri üzrə Katib Köməkçisi Culie Çanq Tweet-də müxalifət üzvlərinin həbslərinin Prezident Orteqa'nın "terror kampaniyası"nın bir hissəsi olduğunu yazıb.

ABŞ Dövlət katibi Antoni Blinken "OAS Daimi Şurasının Prezident Orteqayın insan hüquqlarına tam hörməti bərpa etmək və azad və ədalətli seçkilər üçün şərait yaratmaq üçün təcili tədbirlər görmə çağırışını qətiyyətlə dəstəkləyir.

“Orteqa-Murillo rejiminin kursunu dəyişdirməsinin, həm öz konstitusiyasına, həm də Amerikalararası Demokratik Xartiyaya əsasən götürdüyü öhdəliklərə hörmət etməsinin və Nikaraqua xalqının öz liderlərini seçmək hüququ da daxil olmaqla, hüquqlarından tam istifadə etməsinə imkan verməyin vaxtı gəlib ”- deyə, Blinken bəyan edib.

Amerika Birləşmiş Ştatları Nikaraqua xalqının daha çox azadlığı üçün təzyiq göstərmək məqsədilə OAS üzv ölkələrlə yanaşı, dünyanın digər demokratik hökumətləri ilə birlikdə çalışmağa ümid edir.

Orteqa əməllərinin bu yarımkürədə yeri yoxdur.

XS
SM
MD
LG