Accessibility links

Breaking News

Amerikada Şükran bayramı qeyd edilir


Thanksgiving day

Noyabrın dördüncü cümə axşamı günü Amerikada Şükran bayramı qeyd edilir. Bayram minilliklər əvvəli kənd təsərrüfatı cəmiyyətləri üçün ümumi olan ənənəvi məhsul bayramlarına bənzəsə də, bugünkü Şükran ABŞ-ın şimal-şərqində məskunlaşan ilk avropalıların təcrübəsinə hörmət mahiyyəti daşıyır.

Onlar Anqlikan kilsəsindən tam ayrılmaq istəyən və nəticədə İngiltərədə təqiblərə məruz qalan zəvvarlar, sərt Kalvinistlər idi. Beləliklə, 1620-ci ilin sentyabrında əksəriyyəti dindar olan 102 kolonist və 30 ekipaj üzvü Mayflower adlı gəmi ilə Amerika qitəsinə yola düşüb. Zəvvarlar bilirdilər ki, onların təşəbbüsü İngiltərə hökuməti tərəfindən dəstəklənmir və təyin olunmuş rəhbərlik olmadığı üçün onlar kolonistlərin özlərinin razılığı ilə idarə etməlidirlər. Bu səbəbdən Mayflower hələ sahilə çatmazdan əvvəl sərnişinlər məskunlaşanlar arasında əməkdaşlıq vədi ilə Mayflower sazişini hazırlayıb. Sazişdə qərarların səsvermə yolu ilə qəbul edilməsi nəzərdə tutulurdu. Bu, Şimali Amerikada avropalılar arasında demokratiya sahəsində ilk təcrübə idi. Onu həm zəvvarlar, həm də dindar olmayan yetkin kişi sərnişinlərin yarısından çoxu imzalayıb və sənəd əksəriyyət qaydası ilə təsdiq edilib.

Əsl kolonistlərdən yalnız 53-ü növbəti bahara qədər yaşayıb. Yay mövsümünün bol məhsul verməsi ilə 1621-ci ilin payızında qalan üzvlər yeni evlərinə verdikləri ad - Plimut koloniyasında sağ qalmalarını qeyd edib. Onlara yemək verməklə və kolonistlərə elementlərə tab gətirmək üçün ev tikməyi öyrətməklə onların yaşamasına kömək edən 90-a yaxın Vampanoaq yerliləri də qoşulub.

Üç gün davam edən şənliklərin keçirildiyi bu müddət ərzində ingilis kolonistləri və yerli qəbilə icmaları ünsiyyət qurub.

Ziyafət üçün zəvvarlar yerli tərəvəzlər, ördəklər və qazlar hazırlayıb. Vampanoaqlar maral əti gətirib.

Bu gün qeyd olunan Şükranlıq Günü 19-cu əsrdən qaynaqlanır. ABŞ-da Vətəndaş Müharibəsi dövründə milli birliyi təşviq etmək üçün Şükran rəsmi bayrama çevrilib. İndi ənənəvi hind quşu Şükran Gününün əsas yeməyidir. Belə ki, böyük quş bütün ailəni ucuz qiymətə doyuzdura bilir.

Bu bayram əsrlər boyu inkişaf etsə də, zəvvarlar və yerli amerikalıların birlikdə qeyd etdiyi Şükran Günü Birləşmiş Ştatların öz vətəndaşlarına və dünyanın hər yerindən gələnlərə təklif etməkdə davam etdiyi mədəniyyətlərarası sülh, dini azadlığı və rifah simvoludur.

XS
SM
MD
LG