Fevralın 24-də Amerikanın Səsi ilk yayımının 79-cu ildönümünü qeyd edir.
İkinci Dünya Müharibəsinin ilk qaranlıq günlərində Amerika Birləşmiş Ştatları hökuməti nasist təbliğatına qarşı doğru və qərəzsiz məlumat yaya biləcək bir təsisata ehtiyac olduğuna qərar verdi.
Beləliklə, Amerikanın Səsi 1 fevral, 1942-ci ildə təsis olundu. 23 gün sonra - fevralın 24-də media qrumu alman dilində ilk 15 dəqiqəlik verilişini yayımladı.
“Hier spricht die Stimme Amerika. Heute, und taeglich von Heute an ... Bu, Amerikanın Səsidir. Hər gün bu vaxt sizə Amerika və müharibə barədə danışacağıq. Xəbərlər yaxşı və ya pis ola bilər. Biz sizə həqiqəti söyləyəcəyik.” Amerikanın Səsinin ilk yayımı bu sözlərlə başlandı.
Amerikanın Səsi Amerika həyatına bir pəncərə açmağa çalışdı. Həqiqətən, qanunun tələb etdiyi kimi Amerikanın Səsi dəqiq, obyektiv və əhatəli xəbərlər təqdim etməlidir; Amerika düşüncəsi və balanslaşdırılmış təsisatları, əhatəli işıqlandırılması; həm də ABŞ siyasətləri.
Amerikanın Səsinin 20-ci ildönümündə Prezident Con F. Kennedi Amerikanın Səsinin vəzifəsinin "Amerikanın hekayəsini dünyaya izah etmək” olduğunu demişdi.
“Bu, son dərəcə çətin və həssas bir işdir. Bir tərəfdən siz hökumətin və buna görə də xalqın qolusunuz vəhekayəmizi dünyaya ABŞ-ın demokratiyasını ən parlaq şəkildə təmsil etmək sizin vəzifənizdir. Digər tərəfdən azadlıq yolunun və azadlığın qolunun bir hissəsi olaraq hekayəmizi Oliver Kromvellin portreti haqqında dediyi kimi “özünüzü necə varsınız-üzünüzdəki ləkələr və ziyillərlə - o qədər də cəlbedici olmayan hər şeylə göstərin.”
Amerikanın Səsinin çatdırdığı 20 İyul 1969-cu ildə insanın aya enməsi də daxil edilməklə, yüzilliyin möhtəşəm hadisələrini 615 milyon insan dinləyib.
Dövlət Departamentinin 1 fevral 2021-ci il tarixli tvitində bildirdiyi kimi “Amerikanın Səsi ilk yayımı zamanı dinləyicilərə demişdi: "Xəbər yaxşı və ya pis ola bilər. Biz sizə həqiqəti söyləyəcəyik."
Həmin yayımdan bu günə qədər Amerikanın Səsi azadlıq və demokratiyanı dəstəkləmək üçün dünyadakı insanları məlumatlandırmaq, cəlb etmək və əlaqələr qurmalarına yardım etməkdə davam edir.