Azərbaycanlı insan haqları müdafiəçisi və 2020-ci il Beynəlxalq Cəsarətli Qadınlar mükafatının laureatı Şəhla Hümbətovanın vəkillik fəaliyyətinə xitam verilməsi Dövlət katibi Antoni Blinkeni narahat edir. Xanım Hümbətova siyasi baxımdan həssas işlərə, o cümlədən Azərbaycan hökümətinə müxalif olan insan haqları fəallarını, jurnalistləri və LGBTQI+ icmasının haqlarını müdadiə edən tanınmış bir jurnalistdir.
Şəhla Hümbətova Azərbaycanda fundamental hüquqlarının pozulduğu iddia edilən çoxsaylı insanların vəkili olub.
Azərbaycanın Vəkillər Kollegiyası ı 2021-ci ilin martın 5-də iddia edildiyinə görə, üzvlük haqqını ödəmədiyi üçün xanım Hümbətovanın vəkilliyinə xitam verilib. Lakin Dövlət Departamentinin Azərbaycanda insan haqlarının durumu ilə bağlı son hesabatında qeyd edildiyi kimi, Vəkillər Kollegiyasının 2019-cu ildə xanım Hümbətovanın fəaliyyətini dayandırmasının səbəbi “siyasi hesab olunurdu.”
Bundan əlavə Dövlət Departamenti bildirib ki, hüquqşünaslar icması və QHT-lərin bildirdiyinə görə, 2018-ci ildə vəkillərin Kollegiyada üzvlüyünü məcburi edən qanun “hökümətin nəzarət etdiyi vəkillər kollegiyasına insan haqları müdafiəçilərinin siyasi motivli məhkəmə işlərində insanları müdafiə etmələrinin qarşısını almasına əlavə səlahiyyət verib”.
Şəhla Hümbətovnın vəkilliyinə Beynəlxalq Qadınlar Günün ərəfəsində, o, Dövlət Katibinin Beynəlxalq Cəsarətli Qadınlar mükafatını alandan bir il sonra xitam verilib. Dövlət Katibinin Beynəlxalq Cəsarətli Qadınlar mükafatı hər il dünya boyu sülh, ədalət, insan haqları və gender bərabərliyi uğrunda mübarizədə cəsarət, güc və liderlik sərgiləyən qadınlara təqdim edilir.
Dövlət katibi yazılı bəyanatında bildirib ki, “Xanm Hümbətovanın, habelə Azərbaycanda fəaliyyət göstərən digər insan haqları müdafiəçilərinin fəaliyyəti cəzalandırılmamalı, əksinə alqışlanmalıdır. Və biz məsul qurumları Şəhla Hümbətovanın Vəkillər Kollegiyasında üzvlüyünü bərpa etməyə çağırırıq.”
O bəyan edib ki, “Birləşmiş Ştatlar dünyada insan hüquqlarına hörmətın gücləndirilməsi, hüquq müdafiəçilərinin işinin alqışlanması və insan hüquqlarını pozanların məsuliyyətə cəlb olunması sahəsində göstərilən səylərə sadiqdir. İnsan hüquqları və əsas azadlıqların qorunması da daxil olmaqla Azərbaycanda sistemli islahatlar istiqamətində atılan addımları təşviq edirik. Azərbaycan xalqına fayda verən bu sahələr həm də dövlətlərimiz arasında olan əməkdaşlığın dərinləşməsi üçün imkanlar yaradacaq.”