Accessibility links

Breaking News

Böyük Yeddilik Rusiyanın Ukraynadakı əməllərini pisləyir


Ukrayna hərbi qulluqçusu qiyamçılarla təmas xəttində, Donetsk, Ukrayna. 3 aprel, 2021.
Ukrayna hərbi qulluqçusu qiyamçılarla təmas xəttində, Donetsk, Ukrayna. 3 aprel, 2021.

Rusiyanın Ukraynaya hərbi hücuma başlayaraq Krım yarımadasını zəbt etməsindən və yarımadanı ilhaq etmək cəhdindən yeddi il keçir. Martın 18-də ABŞ Böyük Yeddilik - G7 üzvlərinə qoşularaq Rusiyanın Ukraynadakı təcavüzünü pisləyib.

Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyanın xarici işlər nazirləri birgə bəyanatla çıxış edərək Rusiyanın Ukraynadakı əməllərini “qanunsuz” adlandırıblar.

"Rusiyanın Krım Muxtar Respublikası və Sevastopol şəhərini müvəqqəti işğal etməsini birmənalı şəkildə pisləyirik. Rusiyanın bunu legitimləşdirmək cəhdləri tanınmır və tanınmayacaq," bəyanatda bildirilir.

G7-nin xarici işlər nazirləri BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Paris Xartiyasının “hər hansı bir dövlətin ərazi bütövlüyünə hörmət edilməməsi və sərhədləri dəyişdirmək üçün güc tətbiqinin qadağan edilməsinin təməl prinsiplərinə istinad edərək, Ukraynanın ərazi bütövlüyünə qarşı güc tətbiq edən Rusiyanın açıq şəkildə beynəlxalq qanunları pozmasının həmin bu prinsiplərə zidd oldudunu bildirib.

Bundan əlavə Rusiyanın yarımadada insan haqlarını, xüsusilə Krım tatarlarının insan haqlarını ciddi şəkildə pozması, siyasi motivli təqib və digər təzyiqləri əhatə edən pozuntuları qınanılıb.

"Rusiyanı beynəlxalq öhdəliklərinə hörmət göstərməyə, beynəlxalq monitorların ölkəyə girişinə icazə verməyə və haqsız yerə həbs olunanların hamısının dərhal sərbəst buraxmasına çağırırıq," nazirlər əlavə edib.

G7 Ukraynanın Krım Platformasını, Rusiyanın Krımı zəbt etməsini və işğalını, yarımadanı hərbiləşdirməsini və Krım əhalisinə tətbiq etdiyi insan haqları pozuntularını qınanılmasında oxşar fikrə malik olan ölkələri bir araya gətirmək təşəbbüsünü dəstəklədiyini bildirib.

Xarici işlər nazirləri Ukraynada, xüsusən Donetsk və Luhansk bölgələrində davam edən sabitliyin pozulmasına qarşı kəskin etirazlarını dilə gətirib.

"Minsk razılaşmalarının tam şəkildə həyata keçirilməsi sülh yolunda yeganə irəliləyişdir," G7 bildirib.

Qurum münaqişənin diplomatik yolla həllinə çalışan Fransa və Almaniyanın Normandiya Formatındakı rollarını yüksək qiymətləndirib.

G7 “sanksiyaların tətbiqinə tam sadiq qaldığını və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək üçün Ukraynanın yanında olmaqda davam edəcəyini” bildirib.

ABŞ Dövlət Katibi Antoni Blinkenin fevral ayında Rusiyanın 2014-cü il işğalı ilə bağlı G7 nazirlərinin “Krım Ukraynadır” ifadəsini təkrarlamışdı.

XS
SM
MD
LG