Accessibility links

Breaking News

Bəhreyn və İsrail münasibətləri normallaşdırır


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

Amerika Birləşmiş Ştatları bir aydan qısa bir müddətdə Yaxın Şərqdə iki tarixi sülh razılığına vasitəçilik edib. Onlardan ən sonuncusu İsraillə Bəhreyn arasında ilki isə İsraillə Birləşmiş Ərəb Əmirlikləri arasında əldə olunub.

Bəhreyn sülh və əməkdaşlıq naminə İsraillə diplomatik əlaqələri normallaşdırmağa razılaşıb. Onlar bir-birilərinin ölkələrində səfirliklər açacaqlar, səfir təyin edəcəklər, ölkələri arasında birbaşa uçuşlar başlayacaq və səahiyyə, biznes, texnologiya, təhsil, təhlükəsizlik və kənd təsərrüfatı daxil olmaqla bir neçə sahə üzrə əməkdaşlıq təşəbbüsləri başladılacaq.

Prezident Tramp deyib ki, son 72 ildə İsraillə yalnız iki başqa sülh razılığı əldə olunub və “mən çox ümid edirəm ki, daha çox razılıqlar olacaq.” Bəhreyn və BƏƏ ilə əldə olunan razılıqlar İsraillə fələstinlilər arasında ədalətli və davamlı sülhün təmin olunnması imkanlarını artırır.

Prezident Trampın dediyən görə, Yaxın Şərqə şərait onillərlə davam edən qeyri-sabitlik və böhranlardan sonra son üç ildə əhəmiyyətləi dərəcədə düzəlib.

“Mən regiondakı tərəfdaşlarımızın inamını bərpa etmişəm və biz birlikdə İŞİD xilafətini 100 faiz yox etmişik, İslamı təhrif edən və qeyri-sabitlik yaradan radikalları təcrid etmişik. Bu gün region və dünya boyu ölkələr daha yaxşı gələck qurmaq, özlərini terroru əbədiləşdirən zalımlardan azad etmək üçün qətiyyətlə bir araya gəlirlər.”

Prezident Tramp İsrail və Bəhreynin liderlərini bu tarixi razılığı imzalamaq cəsarətinə görə təbrik edib:

“Onların liderliyi gələcyin ümidlə dola biləcəyini və keçmişəki münaqişərlə müəyyən olmamalı olduğunu sübut edir...Biz inanırıq ki, İsraillə daha çox ölkə münasibətlərini normallaşdırdığında – bu isə çox tez baş verəcək- region daha da sabit, təhlükəsiz və firavan olacaq.”

Birləşmiş Ştatlar daha parlaq və ümidli gələcək qurmağa çalışan Yaxın Şərq insanlarını dəstəkləməyə davam edəcək.

XS
SM
MD
LG