Co Bayden administrasiyasının üzləşdiyi çətin məsələlərdən biri Venesuelada qeyri-legitim Nikolas Maduro hökuməti, onun repressiyaları və korrupsiyası nəticəsində yaranmış humanitar böhranla bağlı tədbir görməkdir.
“Bayden-Harris administrasiyasının başlıca hədəfi Venesuelada azad və ədalətli prezident və parlamentn seçkiləri vasitəsilə dinc demokratik keçidi dəstəkləmək və Venesuela xalqına öz həyatlarını və ölkələrini yenidən qurmaqda yardımçı olmaqdır,” Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib:
“Bu yarımkürədə hamı kimi, venesuelalıların da demokratiya və onu təşviq və müdafiə edən hökumətə haqqı var. Prezident Bayden hələ seçilməzdən öncə deyib ki, o, mövcud böhranın Venesuela insanlarına və ailələrinə gətirdiyi acıları anlayır. Təkrarən qeyd edirik ki, Maduro diktatordur. Onun repressiyası, korrupsiyası və səriştəsiz idarəçiliyi bu yarımkürədə ən ağır humanitar böhranı yaradıb.”
Sözçü Prays qeyd edib ki, Venesuela ilə münasibətlərədə Bayden Administrasiyası dörd əsas prinsipə riayət edəcək:
“Birinci, venesuelalılara müəyyən edilmiş qaydada qorunmuş status veriləcək. İkinci, beynəlxalq tərəfdaşlarla birlikdə milyonlarla venesuelalının humanitar problemlərinə diqqət yönəldiləcək. Üçüncü, korrupsiya və insan haqları pozuntularında əli olan rejim rəsmiləri hədəf alınacaq. Və dördüncü, azad və ədalətli seçkilər, uzun-dönəmli iqtisadi bərpa işləri vasitəsilə venesuelalılar və rejim üçün dinc, stabil və demokratik gələcəyi bərqərar etmək üçün səy göstəriləcək.”
“Nikolas Maduro diktatordur – buna şübhə yoxdur,” deyə Prays əlavə edib ki, o “administrasiyanın birbaşa Maduro ilə təmas quracağını gözləmir.” Əvəzində, Birləşmiş Ştatlar öz müttəfiqləri və tərəfdaşları vasitəsilə işləyəcək.
“Biz bunu regiondaklı tərəfdaşlarımızla edəcəyik, Avropadakı tərəfdaşlar və mütəffiqlərimiz, Amerika Dövlətləri Təşkilatı (OAS), Lima Qrupu, Venesuelada demokratiya və insan haqlarını bərqərar etmək və diktaturaya son qoymaq kimi eyni hədəfləri paylaşan forumlar vasitəsilə edəcəyik.”
“Birləşmiş Ştatlar Venesuelada qalmış sonuncu demokratik təsisat olaraq 2015 Milli Assambleyanı tanımaqda davam edir,” sözçü Prays deyib. “Və buna müvafiq olaraq Milli Assambleyanın prezidenti olan Xuan Quaydo Venesuelanın müvəqqəti prezidenti seçilib.”