Accessibility links

Breaking News

Bayden mayda qoşunların Əfqanıstandan çıxarılmağa başlanacağını deyir


Prezident Co Bayden Ağ Evdən verdiyi müraciətdə ABŞ-ın Əfqanıstandan son hərbi birləşmələrini mayın 1-dən etibarən çıxaracağını və bunun 11 sentyabr tarixində tamamlanacağını bildirib.

Təxminən 20 il əvvəl ABŞ qüvvələri Əl-Qaidənin kökünü kəsmək və gələcək terror hücumlarının Əfqanıstandan qaynaqlanmasının qarşısını almaq üçün Əfqanıstana yerləşdirilmişdi.

“Hədəfimiz bəlli idi. Səbəb ədalətli idi. Ancaq indi Amerika əsgərlərinin vətənə dönməsi zamanı gəlib. İllər keçdikcə terror təhlükəsi dəyişir və ABŞ-ın da cavabı da dəyişməlidir," Prezident Bayden bildirib.

“Təhlükə daha çox dağınıq hala gəlib, dünyanın hər tərəfinə metastaz verib. Somalidə Şebab; Ərəbistan yarımadasında əl-Qaidə; Suriyada ən-Nusra; İŞİD Suriya və İraqda xilafət yaratmağa cəhd edir və Afrika və Asiyanın bir çox ölkəsində filiallar qurur. Buna görə də ABŞ terrorizmlə mübarizə strategiyasını uyğunlaşdırır,” Bayden əlavə edib.

“Terrorizmə qarşı gücümüzü və bölgədəki əhəmiyyətli varlıqları terrorçuların yenidən birləşməsinin qarşısını almaq üçün yenidən təşkil edəcəyik. Taliban hər hansı bir terrorçunun Əfqanıstan torpaqlarından ABŞ-ı və ya müttəfiqlərini təhdid etməsinə icazə verməməyi öhdəliyinə görə cavabdeh olacağıq. Əfqanıstan hökuməti bu öhdəliyi bizim üçün də götürdü. Bütün diqqətimizi bu gün üzləşdiyimiz təhlükəyə yönəldəcəyik.”

Prezident Əfqanıstanda xidmət göstərən ABŞ Silahlı Qüvvələrinin qadın və kişilərinin şücaətinə, cəsarətinə və bütövlüyünə hörmət və dəstəyini" dilə gətirib. O, həmçinin “təxminən 20 ildir Əfqanıstanda çiyin-çiyinə duran” ABŞ müttəfiqlərinin və tərəfdaşlarının verdiyi töhfələri və fədakarlıqları yüksək qiymətləndirib.

ABŞ Əfqanıstanda hərbi əməliyyatlarda iştirk etməsə də, Prezident yardımların davam etdiriləcəyini açıqlayıb:

“Əfqanıstan hökumətini dəstəkləməyə davam edəcəyik. Əfqanıstanın Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinə kömək göstərməkdə davam edəcəyik."

O, ABŞ-ın Əfqanıstanın sabit gələcəyində əhəmiyyətli paya sahib olan Pakistan, Rusiya, Çin, Hindistan və Türkiyə də daxil olmaqla, bölgədəki bütün ölkələrdən Əfqanıstana dəstək verilməsində yardım etmələrini istədiyini deyib.

"Əfqanıstandakı müharibə heç vaxt nəsillərdən ibarət olan bir şey deyildi. Bizə hücum edildi. Müharibəyə aydın hədəflərlə getdik. Bu hədəflərə çatdıq. Bin Laden ölüb, Əfqanıstanda Əl-Qaidə darmadağın edilib,” Bayden bildirib.

XS
SM
MD
LG