Accessibility links

Breaking News

Belarusda müxalifət liderləri oğurlanıb


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

Belarusda avtokrat Aleksandr Lukaşenkonun avqustun 9-da saxta yolla yenidən seçilməsindən sonra yaşanan siyasi iğtişaş hələ də davam edir. Belarusda siyasi müxalifətin üzvləri hökümətlə azad və ədalətli seçkilərin keçirilməsi və hakimiyyətin ötürülməsi ilə bağlı danışıqlar aparmaq üçün Milli Koordiyasiya Şurası (MKŞ) təsis ediblər. Lukaşenko rejimi isə xoş niyyət sərgiləmək əvəzinə Milli Koordinasiya Şurası ilə bağlı siyasi motivli istintaq başladıb və şura üzvlərini həbs edib, sürgünə məcbur edib və oğurlayıb.

Birləşmiş Ştatlar həqiqətən də Milli Koordinasiya Şurasının üzvü Mariya Kolesnikovanın sentyabrın 7-də Minksdə qaçırılmasına və sözçü Anton Ronenko və baş katib İvan Kratsunun sentyabrın 8-də məcburən ölkədən çıxarılmasına görə dərin narahatlıq hissi keçirir. Milli Koordinasiya Şurasının bir digər üzvü Maksim Znak sentyabrın 9-da həbs edilib.

Birləşmiş Ştatlar xanım Kolesnikovanı və Belarus xalqını dinc şəkildə liderlərini azad və ədalətli seçki vasitəsilə seçmək hüquqlarını tələb etmək cəsarətlərinə görə alqışlayır. Etirazçılar hökümət rəsmiləri tərəfindən qəddar zorakılıq və repressiyaya məruz qalıblar. Buna gündüz saatlarında ağır şəkildə döyülmə, minlərlə insanın həbsi, habelə qaçırılma halları daxildir.

Universitet tələbələri sentyabrın 1-dən bəri qara geyimli təhlükəsiz qüvvələrinin başçılığı ilə aparılan zorakı təqiblərin qurbanı olublar. Bəziləri küçələrdə saxlanılaraq naməlum maşınlara mindirilib.

Birləşmiş Ştatlar tərəfdaşları və müttəfiqləri ilə koordinasiya edərək Belarusda insan haqları pozuntuları və repressiyalarda əli olanların cavabdeh tutmaq üçün əlavə hədəfli sanksiyalar tətbiq etməyi nəzərdən keçirir. “Biz Belarus hüquq-mühafizə orqanlarına xanım Kolesnikova və ədalətsiz şəkildə həbs olunan hər kəsin təhlükəsizliyini təmin etmək öhdəliklərinin olduğunu xatırladırıq,” dövlət katibi Mayk Pompeo bəyanatında bildirib.

“Biz Belarus rəsmilərini öz xalqına qarşı zorakılıqlara son qoymağa, ABŞ vətəndaşı Vitali Şkliarov daxil olmaqla ədalətsiz şəkildə həbs olunanları sərbəst buraxmağa və Belarus xalqının həqiqi nümayəndələri ilə mənalı dialoq aparmağa çağırırıq.”

XS
SM
MD
LG