Birləşmiş Ştatlar Belarus dövlətinə məxsus doqquz müəssisənə qarşı sanksiyaları aradan qaldıran və onlarla tranzaksiyalara icazə verən lisenziyanı ləğv edib. Dövlət katibi Antonu Blinken bəyanatında bildirib ki, bu cəza tədbiri “Belarus rəsmilərinin insan haqlarına qarşı kobud etinasızlığının nəticəsidir.”
ABŞ Maliyyə nazirliyi 2015-ci ildə həmin doqquş şirkətlə tranzaksiyaların aparılmasına icazə verəən ümimi lisenziyan təsdiq edib, daha sonra dəfələrlə onun müddətini uzadıb. O zaman dövlət katibinin sözçüsü olan Ned Prays buna “Belarusda o dövrdə insan haqları sahəsində nəzərə çarpan irəliləyişin, xüsusilə də bütün siyasi məhbusların sərbsət buraxılmasının” səbəb olduğunu söyləmişdi:
“Təssüf ki, biz hazırda insan haqları durumunun Belarusun müstəqil tarixindəki ən pis nöqtədə olduğunu görürük.”
Dövlət katibi Blinken qeyd edib ki, “Belarusda 2020-ci ilin avqustunda keçirilən seçkidə və ondan sonra hökumətin təqibləri nəticəsində ölkədə 340-dan çox siyasi məhbus var. Belarusda kəksin şəkildə pisləşən insan haqları vəziyyətini nəzərə aldıqda, ABŞ hökuməti lisenziyanın müddətinin bir daha uzadılmasının Belarus Demokratiya Aktına ziddiyət təşkil etdiyini və Amerika dəyərlərinə uyğun olmadığını müəyyən edib. ” Cənab Blinken əlavə edib ki, “Dövlətə məxsus bu doqquz müəssisə Lukaşenko rejimini maliyyələşdirir və dəstəkləyir, rejimin Belarus xalqına qarşı zorakı repressiyalarını və qanunun aliliyinə qarşı laqeydliyini asanlaşdırır.”
Dövlət katibi Blinken üç siyasi məhbusun adını çəkib və onların “Lukaşenko rejimi tərəfindən insan haqları və fundamental azadlıqlarından istifadə etdiklərinə görə ədalətsiz şəkildə həbs edilən yüzlərlə belaruslu məhbuslar arasındadır.” Onlar blogger və prezidentliyə namizəd olmaq istəyən Syarhey Tixanovski, müxalifət lideri Maria Kalesnikova və müstəqil media eksperti İlhar Losikdir.
“Birləşmiş Ştatlar Belarus hökumətini ədalətsiz yerə saxlanılan və ya həbs olunan hər kəsi dərhal və qeydsiz-şərtsiz azadığa buraxmağa çağırır,” dövlət katibi Blinken bəyan edib. “Bundan əlavə biz Belarusda insan haqlarını pozan və zorakılıq edənləri cavabdeh tutmaq üçün beynəlxalq ictimaiyyətlə birgə işləməyə hazırıq,” o deyib.