Accessibility links

Breaking News

Belarusiya müxalifətinin üzvlərinə hökm oxunub


Birləşmiş Ştatlar belaruslu müxalifət üzvləri Maria Kolesnikova və Maksim Znaka qarşı irəli sürülən siyasi motivli ittihamları və onların həbsini qınayır. Bu il Beynəlxalq Cəsarətli Qadınlar Mükafatının laureatı olan xanım Kolesnikovaya 26 illik hakimiyyətdə olan Aleksandr Lukaşenkoya rəqib olan namizədləri açıq şəkildə dəstəklədiyinə görə 11 il həbs cəzası verilib. Dinc şəkildə siyasi kampaniya prosesində iştirak edən cənab Znak 10 il həbs cəzasına məhkum olub. Hər ikisi bir il istintaq təcridxanasında saxlanılıb.

“Təəssüf ki, bu hökmlər rejimin Belarus xalqının insan haqları və fundamental azadlıqlarını tamamilə göz ardı etməsinin əlavə sübutudur,” dövlət katibi Antoni Blinken bəyan edib. “Xanım Kolesnikova və cənab Znak onlara qarşı irəli sürülən saxta ittihamlarla bağlı şəffaf məhkəmə qərarına layiq idilər, amma bu olmadı.”

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında iştirakçı dövlət olan Belarus üzərinə müstəqil və tərəfsiz məhkəmə tərəfindən ədalətli mühakimə hüququna, habelə ifadə və dinc toplaşmaq azadlıqlarına hörmət etmək öhdəliyini götürüb. Xanım Kolesnikov və cənab Znak Belarusun hər bir vətəndaşı kimi Belarusun konstitusiyası və beynəlxalq insan haqları öhdəliklərinə uyğun olaraq qanunla müəyyən edilən ədalətli və müstəqil məhkəmə tərəfindən mühakimə olunmaq hüququna malikdirlər.

Birləşmiş Ştatlar Belarus xalqının azad və müstəqil ölkədə demokratik, firavan gələcək arzularını dəstəkləyir. ABŞ avqustun 9-da Lukaşenko rejimini demokratiya və insan haqlarına hücumları, transmilli repressiya və korrupsiyaya görə cavabdeh tutan sərəncam imzalayıb.

Dövlət katibi Blinken “Belarus daxilində və xaricində insan haqlarından istifadə etdiklərinə görə Belarus xalqına qarşı repressiyaya son qoymaq və bütün siyasi məhbusları, o cümlədən xanım Kolesnikova və cənab Znakı dərhal və qeydsiz-şərtsiz azadığa buraxmaq çağırışı”nı yeniləyib. Artıq Belarus hökumətinin demokratik müxalifətlə və vətəndaş cəmiyyəti ilə beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və ədalətli seçkilərə aparan səmimi danışıqlar başlatmasının vaxtıdır.

XS
SM
MD
LG