Accessibility links

Breaking News

Birmada mətbuat azadlığına hücum


Neyten Maunq

Birləşmiş Ştatlar martın 9-da saxlanılan və aylarla Birma həbsxanasında tutulan Birləşmiş Ştatlar vətəndaşı olan jurnalist Neyten Maunqun bu yaxınlarda azadlığa buraxılmasını alqışlayır. Maunq Kamayut Media xəbər vebsaytının təsisçisi və baş redaktorudur. Onun birnalı həmkarı və vebsaytın həm-təsisçisi Nantar Nyein dezinformasiya yaymaqda ittihamı ilə həbsxanada qalır. Birmada müstəqil mediaya qarşı təqiblər davam edir.

Neyten Maunq azad olunub və Birləşmiş Ştatlara qaytarılsa da, bir başqa ABŞ vətəndaşı Daniel Fenster hələ də Birmada həbsdədir. Fenster xəbər və biznes jrunalı olan Frontier Maynmar-da işləyir. O, mayın 24-də ailəsini ziyarət etmək üçün Birləşmiş Ştatlara dönməyə çalışdığı zaman hava limanında Birma rəsmiləri tərəfindən həbs edilib. Dövlət Departamentinin sözçüsü Ned Prays Birmanın hərbi rejimini Daniel Fensterin təhlükəsiz şəkildə Birləşmiş Ştatlara qayıtmasına icazə verməyə çağırıb.

ABŞ vətəndaşlarının həbsi Birmada fevralın 1-də hərbi çevrilişdən sonra jurnalistlərin həbs dalğasının bir hissəsidir. Jurnalistlərin Müdafiə Komitəsinin bildirdiyinə görə, mətbuatın onlarla üzvü həbsdədir. Onlar təhlükəsizlik qüvvələrinin onların ofislərində keçirdikləri reydlər və ya çevrilişdən sonra ölkə boyu keçirilən rejim əleyhinə küçə etirazları işıqlandırdıqları zaman həbs olunublar.

Bu yaxınlarda bir neçə birmalı jurnalist, o cümlədən Aunq Kyav, Zav Zav və Min Nyo bu yaxınlarda hərbi məhkəmə tərəfindən Cinayət Məcəlləsində təhlükəsizlik qüvvələri və ya məmurlar tərəfindən hökumətə sədaqətsizliyə səbəb ola biləcək məlumatların yayılmasını cinayət hesab edən bir maddəyə əsasən iki və üç il müddətinə həbs olunublar.

Bundan əlavə ordu rəsmiləri xəbər təşkilatlarının lisenziyalarını ləğv edib və internetə çıxışı məhdudlaşdırıb.

Dövlət Departamentinin sözçüsü Prays qeyd edib ki, azad və müstəqil media “firavan, ruhdan düşməyən, azad cəmiyyətlər üçün əvəzolunmazdır.”

“Biz xuntanın son günlərdə ifadə azadlığını, toplaşmaq azadlığını boğmağa cəhd etdiyini görmüşük,” o bildirib.”Və onlar yalnız Birma xalqının iradəsini yatırmaqla nəzarəti əllərində saxlaya biləcəklərini bildikləri üçün bunu edirlər.”

Cənab Prays deyib ki, “Biz Birmada işlərinin Birma xalqının ifadə azadlığını qorumaq olduğunu bilə-bilə işlərini gördükləri üçün yanlış yerə həbs olunan bütün jurnalistlərin məsələsini gündəmə gətirəcəyik.”

See comments

XS
SM
MD
LG